Hipomorf mutantlar – resessiv vəziyyətdə gen mutasiyası yaranarkən
mutant alleli üçün həmin biokimyəvi maddələr səciyyəvi olmaqla, onların sintezi
oxşar dominant allellərin hesabına baş verir.
Hipermorf mutantlar – sintez olunan biokimyəvi maddələrin miqdarına
görə fərqlənməklə, onların nəzarəti altında həmin maddələrin miqdarı azalmır,
əksinə artır.
Antimorf mutantların təsirindən əmələ gələn maddə həmin genin təsirinə
və sintez olunma prosesinə ləngidici təsir göstərir.
Neomorf mutantlar – mutant allelərin orqanizmdə sintez olunan biokimyəvi
maddələrin sintezi prosesinə nəzarət etməklə, mutant olmayan allellərin sintez
etdiyi maddədən spesifik xassələrinə görə tamamilə fərqlənir.
Amorf mutantlar – mutant genlərin təsirindən bəzən orqanizmdə həmin
genin xarakterinə uyğun olan spesifik maddələrin əmələ gəlməməsi ilə
səciyyələnir və amorf mutasiyalar baş verir.
Hazırda gen mutasiyalarının yaranmasının molekulyar mezanizmi daha
geniş və ətraflı öyrənilmiş və DNT molekulunun strukturunda, müvafiq
nöqtələrdə-genlərdə 6 dəyişkənlik tipi aşkar olunmuşdur: