Kimyəvi mutagenlərə – sənaye və kənd təsərrüfatında geniş tətbiq olunan və
süni mutasiya törədən kimyəvi birləşmələr aiddir. Bu qrup alkil
birləşmələrindən– dimetil və dietil sulfat, iprit və onun törəmələri, nitrozometil,
nitrozoetil, etilmetansulfat, foltrin, fosfemid ibarətdir. Həmin birləşmələrin
təsirindən DNT-yə metil, propil və s. radikallar daxil olaraq metilləşmə və
etilləşmə prosesi törədir və mutagen effekt alınır. Bitkiçilikdə tətbiq olunan
pestisidlər, herbisidlər, mineral gübrələr həm gen, həm də xromosom
mutasiyaları törədir. Kimyəvi mutagenlər orqanizmin hüceyrələrində çox geniş
spektirli xromosom aberrasiyası ilə nəticələnir. Onların törətdiyi mutasiyaların
mexanizminin öyrənilməsində rus alimləri İ.Rapport və M.Lobaşovun çox
böyük xidmətləri olmuşdur.