Kombinasiya (kombinasion) dəyişkənliyi – çarpazlaşma zamanı sonrakı
nəsillərdə yeni əlamət və xassələrin müşahidə olunduğu irsiyyət dəyişkənliyidir.
Bu zaman valideyinlərə məxsus olmayan əlamətlər müşahidə olunmur, valideyin
formalarının yalnız genlərinin kombinasiya və rekombinasiyası baş verir.
Kombinasiya dəyişkənliyi əsasında çoxlu heyvan cinsləri (Orlov at cinsi,
Kostroma qaramal cinsi, zərif yunlu Altay qoyun cinsi, Avstraliya zebu cinsi və
s.) yaradılmışdır. Bu üsulla yaradılan yeni zebu cinsləri isti iqlim şəraitinə,
gənələrə qarşı davamlı, avropa qaramal cinslərinin süd məhsuldarlığı isə çox
yüksək olur.