DəyiĢkənliyin öyrənilmə üsulları. Dəyişkənliyin öyrənilməsi üçün
variasion statistika, kəmiyyət və keyfiyyət əlamətləri, seçmə məcmuu və s.
üsullarından istifadə edilir. Variasion (variasiya) statistika (biometriya, bioloji statistika) biologiyada riyazi üsullardan istifadə olunmasına əsaslanmaqla onun
əsas mövzusunu bioloji obyketlərin qrupları təşkil edir. Müəyyən bioloji
obyektlər qrupu məcmu-cəm hesab olunur. Məsələn, üzərində təcrübə aparılan
heyvanların cinsi, sürüsü, müəyyən törədicinin xətləri, ailəsi, dişi fərdləri,
onların qanında eritrosit və leykositlərin miqdarı məcmunu təşkil edir. Məcmu
vahidlərdən və üzvlərdən ibarət olur. Qoyun sürüsü üçün hər bir baş qoyun