Fяxrяddиn mustafayev



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə242/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   238   239   240   241   242   243   244   245   ...   284
Sinqam  determinasiya  –  dişi  fərdlərin  cinsiyyətinin  qametlərin  formalaş-
ması  zamanı  təyin  olunmasından  ibarət  olub,  bütün  növ  heyvanlar  üçün 
xarakterik  tip  sayılır.  Proqam  və  sinqam  determiansiya  tipləri  zamanı  fərdin 
cinsiyyəti müəyyən cinsiyyət xromosomlarından asılı olur. 
Orqanizmin fərdi inkişafı – ontogenezi zamanı cinsiyyətin differensiasiyası 
prosesi – birincili və ikincili cinsi (bədən quruluşu, çəki, tükün rəngi, süd vəzi, 
cinsiyyət  üzvləri  və  s.)  və  daxili  əlamətlərin  (metabololizm,  hormonal, 
sitogenetik  və  s.)  formalaşması  baş  verir.  Məsələn,  bütün  növ  kənd  təsərrüfatı 
heyvanlarının  erkək  fərdləri  dişilərə  nisbətən  daha  inkişaf  etmiş  bədən 
quruluşuna  malik  olur.  Ontogenez  zamanı  əlamətlərin  dəyişilməsi  əsasən 
orqanizmin  homeostazının  (daxili  mühitinin)  təsiri  nəticəsində  baş  verir.  Ev 
heyvanlarında  bu  proses  hermafroditizm  (interseksuallıq)  adlanmaqla  onun 
müxtəlif  formaları  mövcuddur.  Hermofroditizm–    əks  cinsə  mənsub  olan 
əlamətlərə  malik  olmaqla  blastositlərin  inkişaf  mərhələsində  meyoz  prosesinin 
pozulması  nəticəsində  baş  verir.  Məməlilərin  dişi  fərdlərində  xromosomların 


 
175 
diploid  yığımında  XX–  xromosomlarla  işarə  olunan  cinsiyyət  xromosomları 
ayırd edilir. Erkək fərdlərin kariotipində isə X və Y xromosomları olur. Quşların 
dişi  fərdlərində  iki  müxtəlif  (XY),  erkək  fərdlərdə  isə  eyni  (XX)  xromasomlar 
mövcuddur.  Meyoz  zamanı  məməlilərin  dişi  fərdlərində  yalnız  bir  tip  X  – 
xromosomlu  qamet  əmələ  gəldiyi  üçün  onlar  homoqamet  adlanır.  Erkək 
fərdlərdə  isə  iki  müxtəlif  tip  (X  və  Y)  xromosom  əmələ  gəldiyi  üçün  onlar 
heteroqamet  adlanır.  Spermatogenez  prosesi  zamanı  erkək  fərdlərin 
toxumluqlarında  yalnız  XY  tipli  cinsiyyət  hüceyrələri  hazırlanır.  Məməlilərin 
cinsiyyətinin  təyin  edilməsi  yumurta  hüceyrəsinin  hansı  spermatozoidlə 
mayalanmasından  asılıdır.  Yumurta  hüceyrəsi  X  –  xromosomlu  spermatozoidlə 
mayalandıqda  dişi  fərd,  Y  –  xromosomlu  spermatozoidlə  mayalandıqda  isə 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin