erkək fərd əmələ gəlir. Heyvanlarda bəzi cinsiyyət əlamətlərinin inkişaf prosesi
pozulur və cinsiyyət anomaliyaları baş verir. İnterseksuallığın iri buynuzlu
heyvanlarda ən çox müşahidə edilən forması frimartinizm (dölsüzlük) hesab
olunur. Bu cür buzovların dişi fərdlərində erkək fərdlərə məxsus olan eksteryer
əlamətləri müşahidə edilir. Kənd təsərrüfatı heyvanlarının cinsiyyət
xromosomlarında lokalizasiya olunan genlər tərəfindən törənən müxtəlif
anomaliya formaları müəyyən olunub. Bu zaman bir qayda olaraq məməlilərdə
heteroziqot – dişi, quşlarda isə erkək fərdlər anomaliyaya məruz qalır.
Cinsiyyətin tənzimlənməsinin əsas məqsədi yüksək ət, süd, yun, yumurta
məhsuldarldığı olan fərdlərə daha çox üstünlük verilməsindən ibarətdir. Belə ki,
südçülük təsərrüfatlarında ən çox düyələrin, ətçilik istiqamətli təsərrüfatlarda isə
erkək danaların yetişdirilməsi daha məqsədəuyğun sayılır. Ümumiyyətlə, cinsiy-
yətin cinsi xromosomlarla tənzimlənməsinin 4 tipi vardır:
1. XY-tipində dişi fərdlər (homoqametlər) XX cinsi xromosoma malik
olduğundan eyni tipli qametlər (X), erkəklər (heteroqametlər) isə müxtəlif tip
(XY) qametlər əmələ gəlir. Bu tip bütün məməlilərdə, həşəratlarda və iki eyni
örtülütoxumlu bitkilərdə mövcuddur.
2. XO– tipində dişi fərdlər XX, erkəklər isə yalnız X-xromosomuna malik
olmaqla, əsasən bəzi həşərat (taxtabiti) və bitkilərdə müşahidə edilir.
3. ZÇ-tipində heteroqametlər yalnız Ç, homoqametlər isə ZZ xromosomuna
malik olmaqla quşlarda, kəpənəklərdə, bəzi balıq növlərində və çiyələk növündə
baş verir.
4. ZO-tipində heteroqametlər Z xromosomuna, homoqametlər isə qoşa ZZ-
xromosomuna malik olmaqla, yalnız Saxalin adasındakı diri bala doğan
kəpənəklərdə (Lacerta viripara) müşahidə olunur. Ümumiyyətlə, 1-ci və 2-ci
tiplər sinqam tipli cinsiyyətin təyininə aiddir və spermatozoidlərin genotipindən
asılıdır, 3 –cü və 4-cü tiplər isə proqama məxsusdur və oositlərin genotipindən
asılıdır (cədvəl 15).