176
Cinsiyyətin təyin olunma tipləri (R.Quliyev, K.Əliyeva, 2002)
5.1.3. Cinsiyyətlə iliĢikli əlamətlərin irsiliyi.
Somatik hüceyrələrdən fərqli olaraq cinsiyyət hüceyrələrinin xromosomları
bir neçə əlamətin inkişafına nəzarət etmək xassəsinə malik olan xüsusi genə
malikdir. Bu isə əlamətlərin cinsiyyətlə ilişikli nəslə keçməsinə mühüm zəmin
yaradır. Genetikanın banilərindən biri Ç.T.Morqan ilk dəfə olaraq gözünün
rənginə görə bir-birindən fərqlənən drozofil milçəkləri üzərində cinsiyyətlə
ilişikli əlamətlərin irsiliyinin qanunauyğunluqlarını kəşf etməklə sübut etmişdir
ki, drozofildə qırmızı rəng əlamətini idarə edən Ç – dominant və ç – resessiv
genidir. Alim gözünün rəngi qırmızı olan dişi drozofilləri ağ rəngə malik erkək
drozofilləri ilə çarpazlaşdırdıqda I – nəsil heteroziqot z ç fərdlərin hamısının
gözü qırmızı rəngdə olmuşdur. Birinci nəslin erkək və dişi fərdlərin öz
aralarında çarpazlaşdırılması (F
1
x F
1
) nəticəsində isə drozofilin 3-hissəsinin
gözü qırmızı, 1-hissəsininki isə ağ rəngdə olmuşdur (3:1). Bu zaman alınan dişi
fərdlərin hamısı qırmızı gözlü (Ç Ç və Ç Ç) olmuşdur. Beləliklə, heteroziqot
fərdlərdə resessiv əlamətin olması, cinsiyyətlə ilişikli əlamətlərin olmasını bir
daha təsdiqləyir. Cinsiyyətlə ilişikli əlamətlərin irsiliyi toyuqlar üzərində daha
geniş və ətraflı öyrənilmişdir. Rod-ayland cinsli xoruzu dominant B-geni
daşıyan susseks cinsli toyuqlarla çarpazlaşdırdıqda rəng (piqmentləşmə) əlaməti
toyuqlardan yeni nəsil xoruzlarına (beçələrə), valideyn xoruzlardan isə törəmə
fərələrə keçir (beçələrin hamısı gümüşü, bütün fərələr isə qızılı zolaqlı rəngdə
olur). Göründüyü kimi, əlamətlərin cinsiyyət xromosomları ilə nəslə verilməsi
cinsiyyətlə ilişikli olaraq X və Y xromosomlarla həyata keçirilir.
Cinsiyyətlə ilişikli irsən keçən əlamətlər yalnız cinsiyyət xromosomlarında
yerləşən genlər vasitəsilə həyata keçirilir və onların daimi nəzarəti altında olur.
Məhz buna görə də həmin proses
cinsiyyətlə ilişikli olaraq əlamətlərin irsən
Dostları ilə paylaş: