Müxtəlif növ heyvanların kariotipinin müqayisəli xarakteristikası
(T.M.Turabov, 1997)
Heyvan növləri
Xromo-
somla-
rın sayı
O cümlədən
Akrosen-
trik
Metasen-
trik
Submetas
entrik
Akrosen-
trik
Meta-
sen-trik
Submeta-
sentrik
İri
buynuzlu
qaramal
60
55
0
0
0
0
X,U
Zebu
60
58
0
0
U
0
X
Asiya camışı
50
38
-
10
X,U
0
0
Afrika camışı
48
42
-
8
X,U
0
0
Qaytaq
60
58
0
0
0
0
X,U
Zubr və bizon
60
58
0
0
U
0
X
At
64
36
6
20
U
0
X
Perejeval atı
66
40
10
14
U
0
X
5.1.4. Ontogenezin genetik əsasları
Buludlar havada dağılır lay– lay,
Yenə öz yerində yuvarlanır Ay,
Fəqət, nə Cəlal var, nə də ki, Humay,
Nə ömrə acıyır, nə yaşa dünya.
(Səməd Vurğun)
Ontogenez – orqanizmin fərdi inkişaf prosesindən ibarət olub, yumurta
hüceyrəsinin mayalanmasından təbii ölümə qədər olan dövrləri əhatə edir. Fərdi
inkişafın öyrənilməsi prosesi genetika elminin ən mürəkkəb, lakin olduqca
maraqlı bir sahəsidir. Bu termin biologiya elminə ilk dəfə E.Hekkel tərəfindən
(1866) daxil edilmişdir. Nəsillər arasında mövcud olan maddi və funksional
uyğunluq, bir qayda olaraq, irsiyyətlə müəyyənləşdirilir. İrsi informasiyaların
hamısı DNT molekulunda kodlaşır. Ontogenezin ayrı-ayrı fərdlərin genotipində
proqramlaşmasına baxmayaraq,bu proqramm yalnız konkret mühit şəraitində baş
verir. Lakin fərdlərin hər bir üzvünün və üzvlər sisteminin forma, quruluş və
funksiyasının tədricən təşəkkül formasını morfogenez təmin edir. Mayalanmış
yumurta hüceyrəsində valideyn fərdlərinin hər ikisinin (ata və ana) genləri
birləşərək, həmin hüceyrədən çox saylı bölünmə prosesi nəticəsində olduqca
mürəkkəb quruluşa malik olan çoxhüceyrəli orqanizm inkişaf edərək formalaşır.
Lakin mayalanmış vahid bir hüceyrədən özünün quruluşuna, funksiyasına və
kimyəvi tərkibinə və xassələrinə görə bir-birindən kəskin surətdə fərqlənən
179
çoxlu sayda hüceyrə tiplərinin əmələ gəlməsi həmişə biologiya elminin əsas
problemlərindən biri olub. Orqanizmin əlamət və xassələrinin ontogenez prosesi
zamanı formalaşması da həmin problemlərdən biri hesab edilir. Ontogenezin
genetik nəzarətinin öyrənilməsi mexanizmi heyvan və bitkilərin seleksiyası
işində, eləcə də insan və heyvanların genetik xəstəliklərinin müalicə və
profilaktikasında həm nəzəri, həm də praktiki cəhətdən çox mühüm əhəmiyyətə
malikdir.
Klassik genetikada uzun müddət elə güman edilirdi ki, gen xromosomda hər
hansı bir yad maddə-birləşmə formasında olmaqla öz-özünə reproduksiya
olunmaq xassəsinə malikdir, həm də funksiyaların, rekombinasiyaların və
mutasiyanın bölünməz vahididir. Genlərin bölünməz vahid olması məsələsi ilk
dəfə olaraq ətraflı surətdə rus alimi A.A.Serebrovski və onun əməkdaşları
(N.P.Dubinin, B.N.Sidorov, İ.İ.Aqol) tərəfindən öyrənilmiş (1929-1930) və
mutasiya zamanı drozofil milçəklərində pilləkənvari allelizmin mövcudluğu
aşkar edilmişdir. Onlar klassik genetikada uzun müddət ərzində hökmran təlim
sayılan genin xromosomun bölünməz hissəsi olmasını birmənalı olaraq təkzib
etmiş və göstərmişlər ki, genin özü olduqca mürəkkəb bir quruluşa malikdir.
Qeyd edilən alimlər sübut etmişlər ki, hər bir gen bölünəndir və ayrı-ayrı
funksional sahələrdən-mərkəzlərdən təşkil olunub. Həmin gen sahələri həm də
mutasiya zamanı böyük dəyişikliyə uğrayaraq eyni zamanda bir neçə mərkəzini
itirir. Beləliklə, bütün mürəkkəb quruluşa malik olan gen bazigen, onun
funksional olaraq bir-birindən asılı olmayan sahələri isə transgen
adlandırılmışdır. Genlərin funksional vahidləri sonralar sistronlar adlandırılaraq
onların quruluş RNT-nin bir polipeptid zənciri, yaxud molekulundan ibarət
olması sübut edilmişdir.
Gen anlayışı olduqca geniş diapozomlu bir məvhum olmaqla, sistronlardan
başqa həm də mutasiya edici təsir göstərən sahələrə – saytlara malikdir.
Göründüyü kimi, gen olduqca mürəkkəb quruluşa malikudir və molekulyar
quruluşuna görə eukariotların geni prokariotlarınkından çox kəskin surətdə
fərqlənir. Belə ki, prokariotların genləri ardıcıllıqla yerləşən tripletlərdən
ibarətdir. Eukariotlarda isə genlərin əksəriyyəti informasiya daşımayan
sahələrdən – intronlardan təşkil olunur. Bu cür sahələr dovşanların
-
qlobulinində 700 cüt əsaslardan ibarət olduğu halda, genin kodlaşdırıcı hissəsi –
ekzonlar isə 438 cüt əsaslardan ibarətdir. Ali orqanizmlərdə hər bir əlamətə bir
neçə gen nəzarət edir, bu prosesə fermentlər də təsir göstərir. Ontogenez zamanı
fərdin genotipində hər bir gen 2 allellə təmsil olunur və onların kombinasiyası
nəticəsində müvafiq əlamətlər yaranır. Belə ki, qaramalların dərisinin rənginə
10, drozofilin gözlərinin rənginə 20, su samurunun xəzinin rənginə isə 20-dən
çox genlər nəzarət edir. Məməlilərdə embrionun inkişafı və əlamətlərinin
formalaşması valideyin fərdlərin genotipinin nəzarəti ilə müşayət olunur və
postembrional dövrdə sabit qalır. Bu əlamətlərə orqanizmin ayrı-ayrı üzvlərinin
morfoloji quruluşu, hemoqlobinin tipi, qan qrupu sistemləri və s. aiddir. Xarici
mühit, xüsusilə mikro və makro iqlim amilləri əsasən orqanizmə post embrional
dövrdə nəzərə çarpacaq dərəcədə təsir göstərir.
180
Mühit amilləri bir qayda olaraq heyvan və bitkilərin kəmiyyət əlamətlərinə
təsir edir. Canlı orqanizmlərin bütün fərdlərinin ontogenezi Miller-Hekkelin
Dostları ilə paylaş: |