Fяxrяddиn mustafayev



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə245/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   241   242   243   244   245   246   247   248   ...   284
keçməsi  adlanır.  Genetiklərin  son  qənaəti  belədir  ki,  cinsiyyətin    əlamətləri 
ilişikli  olaraq  anadan  nəslin  erkək,  atadan  isə  dişi  fərdlərinə  keçir.  Bu 
Tip 
Heteroqamet 
cinsiyyət 
Qametlər 
Ziqot 
 
   Orqanizmlər  
Erkək-
lərin 
Dişilərin 
Erkək-
lərin 
Dişilə-
rin 
 
XY 
 
Erkək cinsi 
 
X və O 
 

 
XY 
 
XX 
İnsan, məməlilər, 
drozofil, melandrium, 
quruotu və b. 
 
XO 
 
Erkək cinsi 
 
X və O 
 

 
XO 
 
XX 
Taxtabiti, Protenor, 
çəyirtkələr, 
Diozcorea və b. 
ZÇ 
Dişi cinsi 

Z və Ç 
ZZ 
ZÇ 
Quşlar, amfibilər, 
reptililər, kəpənəklər, 
çiyələk və b. 
ZO 
Dişi cinsi 

Z və O 
ZZ 
ZO 
Lacerta vizipara və b. 


 
177 
qanunauyğunluq həm insanlara, həm də bütün növ heyvanlara aid olmaqla atanın 
irsi əlaməti qız, ananınkı isə oğul övladlara verilir. Bu proses genetika elmində 
«kross-kris» hadisəsi adlanır və canlı aləmdə mütəmadi olaraq baş verir. Hazırda 
dünyanın  heyvandarlıq  mütəxəssisləri  və  alimlərinin  qarşısında  duran  ən 
prioritet  problemlərdən  biri  də  cinsiyyətin  tənzimlənməsinin  geniş  və  ətraflı 
öyrənilməsidir.  Çünki  heyvandarlıq  və  quşçuluqda  arzu  olunan  fərdlərin 
alınmasına  nail  olunması  hələ  də  müəyyən  çətinliklər  törədir.  Lakin  son 
zamanlar  dünyanın  inkişaf  etmiş  ölkələrində  alimlər  bu  problemin  həlli 
sahəsində  müəyyən  elmi  nailiyyətlər  əldə  etmişlər  və  ontogenezin  ilk 
mərhələlərində  cinsiyyəti  müəyyən  etmək  mümkün  olmuşdur.  Quşçuluq 
sənayesində  ət  istehsal  etmək  məqsədilə  yalnız  beçələrdən  istifadə  olunduğuna 
görə  onların  erkən  müəyyən  edilməsinin  həm  iqtisadi,  həm  də  elmi-praktiki 
cəhətdən  olduqca  böyük  əhəmiyyəti  vardır.  Bunu  nəzərə  alaraq  quşçuluq 
sənayesində,  xüsusilə  broyler  təsərrüfatlarında  rəng  əlamətinə  görə  cinsiyyətin 
tənzimlənməsi  sahəsində  müfəssəl  elmi  axtarışlar  aparılmışdır.  Belə  ki,  qızılı 
zolaqlı xoruzlar gümüşü rəngli toyuqlarla çarpazlaşdırıldıqda inkubasiya zamanı 
yumurtadan  çıxan  fərələr  sarı,  beçələr  isə  ağ-göyümtül  rəngdə  olmuşdur.  Məhz 
bu  əlamətə  görə  broyler  sənayesində  hazırda  beçələri  fərələrdən  fərqləndirərək 
onlardan  ətlik  məqsədi  ilə  geniş  istifadə  edilir.  İngilis  alimi  Pennet  cinsiyyətlə 
ilişikli əlamətlərin irsən keçməsi qanunauyğunluğuna istinad etməklə yeni toyuq 
cinsi  yaratmışdır.  Həmin  cinsin  fərələri  bir  sutkalıq  yaşında  qara,  beçələri  isə 
ağımtıl rəngli olmuşdur. 
Cinsiyyətin tənzimlənməsi və arzu olunan erkək və dişi fərdlərin əldə olun-
ması  müasir  sənaye  heyvandarlığının  inkişafı  üçün  çox  böyük  əhəmiyyətə 
malikdir.  Çünki  yüksək  süd,  ət,  yun,  yumurta  məhsulunun  alınması  üçün 
cinsiyyətin  tənzimlənməsi  çox  vacib  məsələ  sayılır.  Südlük  məqsədilə  dişi 
buzovların, ətlik üçün isə erkək danaların alınması daha  məqsədəuyğundur. Bu 
baxımdan  yüksək  damazlıq  keyfiyyətinə  malik  olan  törədici  buğalardan  və 
inəklərdən erkək fərdlərin alınmasına daha böyük tələbat vardır. 
İri buynuzlu heyvanlarda erkək və dişi cinsiyyət xromosomları submetasen-
trik  tipə  aid  olmaqla,  sentromer  xromosomları  iki  qeyri-bərabər  çiyinlərə  ayır-
dığına görə onlar X-hərfini xatırladır. Autosomlar isə (58 ədəd) akrosentrik tipə 
malik  olmaqla  onların  mütləq  uzunluğu  5,91-1,62,  X-romosomun  ölçüsü  6,17, 
U-xromosomun ölçüsü isə 2,22 mikrona bərabər olur. Zebu xromosomlarında da 
analoji  ölçülər  müşahidə  olunur  (T.M.Turabov,  1997).  X  və  U  cinsiyyət 
xromosomları  həm  ayrı-ayrı  fərdlərdə,  həm  də  müxtəlif  növə  məxsus  olan 
heyvanlarda sayına, formasına və ölçülərinə görə xeyli fərqli olur (cədvəl 16)


 
178 
Cədvəl 16. 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin