Fяxrяddиn mustafayev


biogenetik  qanununa  əsasən



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə247/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   243   244   245   246   247   248   249   250   ...   284
biogenetik  qanununa  əsasən  davam  edir.  Bu  qanuna  görə  orqanizmlərin 
embrional inkişafı dövründə əlamətlərin oxşarlığı müxtəlif formaların qohumluq 
dərəcəsini əks etdirir. Belə ki, bütün çoxhüceyrəli heyvanlarda embrional inkişaf 
zamanı  ziqotanın  bölünməsi  embriogenezin  ilkin  blastula  və  qastrula 
mərhələlərini  keçir  və  həmin  qanunauyğunluğa  tabe  olur.  Quruda  yaşayan  və 
ağciyər  tənəffüsünə  malik  olan  bütün  onurğalılarda  embrional  inkişafın  bəzi 
mərhələlərində  balıqlardakı  kimi  qəlsəmə  qövsləri  müşahidə  olunur.  Bu 
qanunauyğunluq  ilk  dəfə  rus  alimi  A.A.Zavarin  tərəfindən  (1886-1945)  aşkar 
edilmişdir.  Həmin  qanunauyğunluğa  əsasən  bir-birindən  çox  uzaq  olan 
orqanizmlərdə  (məməlilərlə  həşəratların  hüceyrələrində)  genetik  determinasiya 
mövcuddur. Filogenetik sıraların bəzi fərdlərinin müəyyən toxumalarının (əzələ, 
birləşdirici,  epiteli,  sinir  və  s.)  histoloji  quruluşunda  və  onların  funksiyalarında 
xarakterik  paralellik  və  determinizm  vardır.  Embrional  inkişaf  dövründə 
heyvanların  hüceyrələri  forma  və  kimyəvi  tərkibinə  (xüsusilə  zülala)  görə 
nisbətən bir-birinə uyğun olur, sonralar isə onlarda müəyyən ixtisaslaşma prosesi 
gedir  və  differensiallaşma  adlanır.  Hüceyrələrin  differensiasiyası  zamanı  ayrı-
ayrı  üzəvlərin  formalaşmasına  və  spesifik  zülalların  sintezinə  nəzarət  edən 
genlər  çox  fəallaşırlar.  Heyvanların  yumurta  hüceyrəsinin  sitoplazmasında 
mayalanma prosesi  başlamamışdan əvvəl mövcud olan hər üç RNT tipi (mRNT-
məlumat, rRNT-ribosomal və nRNT-nəqliyyat RNT-si) qeyri-fəal formada olur. 
Lakin bir neçə dəqiqədən sonra ziqotanın inkişafı üçün lazım olan bəzi zülalların 
sintezi  başlayır.  Bu  proses  hər  iki  valideyinin  genlərinin  nəzarəti  altında  baş 
verir. 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin