186
genetikada
təmiz xətt anlayışı da mövcuddur. Bu, yalnız bir valideyndən alınan
və genotipik xüsusiyyətlərinə görə onun analoqu olan nəsildən ibarətdir.
Populyasiya müxtəlif genotipə malik olan heyvan qrupundan təşkil olunur. Bu
zaman aparılan seçmənin səmərəliliyi populyasiyada baş verən genetik
dəyişkənliyin dərəcəsindən – dominant və resessiv genlərdən asılı olur.
Populyasiya genetikasının əsasının Ç.Darvin və Q.Mendel tərəfindən
qoyulmasına baxmayaraq, onun sərbəst elmi istiqamət kimi formalaşmasında
danimarka fizioloqu V.İohansenin lobya bitkisi üzərində apardığı təcrübənin
xüsusi rolu olmuşdur. O, öz təcrübəsinin nəticələrini 1903-cü ildə yazdığı
«Populyasiyalarda və təmiz xətlərdə irsilik» adlı əsərində ətraflı şərh etmişdir.
Genetik populyasiyalar aşağıdakı xarakterik xüsusiyyətlərə malikdir:
1.
Təbii və süni seçmə nəticəsində populyasiyaların genetik quruluşunun
plastik dəyişkənliyə malik olması.
2.
Populyasiyaların genetik strukturunun yaşayış şəraitinin və mühit
amillərinin dəyişilməsinə uyğunlaşması.
3.
Mövcud mühit şəraitində genetik populyasiyaların özünə məxsus genetik
quruluşunu və homeostazını (genetik sabitliyini) saxlaması.
4.
Nəzərə çarpmayan dərəcədə təkamül qabiliyyətinə malik olması.
Populyasiyalarda baş verən genetik dəyişikliklər müxtəlif növlərin spesifik
xüsusiyyətlərindən asılı olaraq baş verir, bəzi hallarda isə taksonomik yarım
növlərinin yaranması ilə nəticələnir. Genetik populyasiya hər hansı bir yeni
cinsin, xəttin, yaxud növün yaranmasının və təkmilləşdirilməsinin nəzəri əsasını
təşkil edir. Heyvanlarda və quşlarda daimi olaraq təbii seçmənin təsiri altında
olan
təbii (məsələn, su amurunun II yarım növü mövcuddur) və süni seçmə yolu
ilə yaradılan
süni (naxırlar, cinslər) populyasiyalar mövcuddur. Çarpazlaşdırma
aparılmadan müəyyən iqlim şəraitində hər hansı bir cinsin yetişdirilməsi
xarakterik genetik quruluşa malik olan populyasiyanı xarakterizə edir. Bu cür
populyasiyalarda
çarpazlaşdırma aparılmadığı üçün onlar
panmiktiki
Dostları ilə paylaş: