Fяxrяddиn mustafayev


onların baş nahiyyəsinin dərisində dermatit xəstəliyi baş verir və nəticədə isə



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə251/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   247   248   249   250   251   252   253   254   ...   284
onların baş nahiyyəsinin dərisində dermatit xəstəliyi baş verir və nəticədə isə 
quzularda  korluq müşahidə  olunur.  Bunun  əsas  səbəbi  bəslənmə  və  saxlanma 
şəraitinin  dəyişilməsi  nəticəsində  quzularda  mutasiyaların  yaranmasıdır. 
Resessiv  mutasiya  nəticəsində  böyrəklərin  süzmə-filtirasiya  qabiliyyəti 
pozulduğundan yaşıl otların tərkibindəki xlorofil maddələri parçalanır və sintez 
olunan  birləşmələr  böyrəklərlə  xaric  olunmur,  nəticədə  quzuların  baş 
nahiyyəsinin  dərisində  dermatit  əmələ  gəlir,  sonda  isə  korluq  baş  verir.  Kənd 
təsərrüfatı  heyvanlarında,  quşlarda  və  digər  ali  orqanizmlərdə  irsi  əlamətlərin 
nəslə verilməsi aşağıdakı kimi ifadə edilir: 
 
 
Çox genlər        çox fermentlər        çox əlamət 
 
İrsi  əlamətlərin  nəslə  verilməsi  genotipik  xarakter  daşıyır  və  çoxlu  sayda 
genlər yığımı tərəfindən idarə olunur (genotipin diskretliyi). 
Genotip – orqanizmin xüsusi reaksiya forması olmaqla əsasən 2 xüsusiyyə-
ti-müxtəlif  genlərdən  ibarət  olub  müəyyən  əlamətin  inkişafına  təsir  göstərməsi 
və  genlərin  qarşılıqlı  təsiri  nəticəsində  fərdi  inkişaf  zamanı  gedən  prosesləri 
tənzimləməsi  ilə  səciyyələnir.  Heyvandarlıqda  və  quşçuluqda  çarpazlaşdırma 
işləri  aparılarkən  fərdlər,  bir  qayda  olaraq,  genotipinə  və  fenotipinə  görə 
qiymətləndirilir : 
 
Qara                            Qırmızı 
-homoziqot                  homoziqot 
 
P….         AA   – X –                aa        
 
 
 


 
183 
Qametlər                                  
       
 
 
                                    
   Aa 
 
                                F
1
  Qara heteroziqot 
                                 (T.M.Turabov, 1997) 
 
Kənd  təsərrüfatı  heyvanlarında  mövcud  olan  bəzi  əlamətlər  (rəng, 
buynuzun,  qulağın  olması,  qan  qrupları,  zülalların  biokimyəvi  polimorfizmi  və 
s.)  yalnız  genotiplə  idarə  olunur  və  tənzimlənir.  Bəzi  təsərrüfat  əhəmiyyətli 
kəmiyyət-miqdar əlamətlərin (canlı kütlə, ət çıxarı, sağım, süddə yağ, kazein və  
laktozanın  faizi  və  s.)  isə  formalaşmasına  və  inkişafına  xarici  mühit  amilləri, 
yemlənmə  və  saxlanma  şəraiti  çox  böyük  təsir  göstərir.  Qeyri  –  rasional 
yemləmə  və  bəsləmə  şəraiti  yüksək  məhsuldar  heyvanların  məhsuldarlığını 
azaldır,  nəticədə  sürüdə  seleksiya  olunan  əlamətlərin  fenotipik  müxtəlifliyi  və 
fərqliliyi müşahidə olunur. Əlverişsiz mühit,  xüsusilə pis yemləmə və saxlanma 
şəraiti  zamanı  yüksək  məhsuldar  genotipli  heyvanlar  məhsuldarlıq  əlamətlərini 
gələcək  nəslə  ötürə  bilmir,  az  məhsuldar  fərdlər  alınır,  beləliklə  də  genotipik 
disbalans  yaranır.  Göründüyü  kimi,  heyvanlar  arasında  mövcud  olan  genetik 
fərqlər  xarici  mühitin  təsirindən  genotipcə  pis  və  yaxşı  olan  fərdlərin 
məhsuldarlığı  proporsional  xarakter  alır.  Buna  görə  də  genotipcə  daha  yüksək 
məhsuldar heyvanların seçilməsi, yalnız rasional və səmərəli yemləmə şəraitində 
aparılmalıdır.  Əks  təqdirdə  arzu  olunan  və  gözlənilən  müsbət  nəticələrə  nail 
olmaq  qeyri-mümkün  və  səmərəsiz  olur.  Fərdi  inkişaf  zamanı  hüceyrənin 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin