nüvəsi ilə onun sitoplazması arasında qarşılıqlı təsir xüsusi dialektik vəhdət
formasında təzahür edir. Belə ki, hüceyrənin irsi əlamətlərinin və
informasiyaların formalaşmasında sitoplazmanın müstəsna rolu vardır. Son
zamanlar müəyyən edilmişdir ki, sitoplazmanın orqanoidlərindən mitoxondrilər
və plastidlər bəzi əlamətlərin inkişafına və formalaşmasına təsir etmək xassəsinə
malikdirlər. Sitoplazma vasitəsilə əlamətlərin nəsildən nəsilə irsən keçməsi
prosesi sitoplazmatik, yaxud nüvədən kənar irsiyyət adlanır. Sitoplazmatik
irsiyyətin barama qurdları üzərində daha ətraflı öyrənilməsinə baxmayaraq
hazırda bu məsələnin kənd təsərrüfatı heyvanları üzərində öyrənilməsi sahəsində
də alimlər tərəfindən fundamental axtarış və tədqiqatlar aparılır.
А
а