Fяxrяddиn mustafayev



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə238/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   234   235   236   237   238   239   240   241   ...   284
dərəcəli  əlamətlərə  isə  cinsi  çoxalmada  köməkçi  rol  oynayan,  qametogenezi, 
cinsi  hüceyrələrin  birləşməsini  və  mayalanmanı  təmin  tedən  əlamət  və  xassələr 
(məməlilərdə eksteriyerin, yelinin, toxumluqların olması, quşlarda dişi və erkək 
fərdlərin  rənglərinin,  baş  və  qarın  nahiyəsinin,  quyruq  lələklərinin  fərqlənməsi, 
V FƏSĠL 
 


 
173 
balıqlarda  üzgəclərin  xüsusi  quruluşu  və  s.)  aiddir.  Südlük  istiqamətli  qaramal 
xətt  və  cinslərinin  südlülük  xassəsini,  eləcə  də  toyuqların  yumurta 
məhsuldarlığını tənzimləyən genlər hər iki cinsə mənsub olan fərdlərdə mövcud 
olsa da, həmin genlər yalnız dişilərdə biruzə verir. Müxtəlif növlü fərdlərdə bəzi 
əlamət  və  xassələr  bəzən  cinsiyyətdən  asılı  halda  olur.  Belə  ki,  qoyun  və 
keçilərin  dominant  homoziqot  (HH)  fərdlərinin  törəmələri  cinsiyyətdən  asılı 
olmayaraq  buynuzlu,  resessiv  homoziqot  (hh)  fərdlərinki  isə  buynuzsuz  olur. 
Buna  baxmayaraq  heteroziqot  fərdlərin  erkək  törəmələri  (Hh)  isə  buynuzsuz 
olur. Bu hadisə dominantlığın mahiyyətini və sinciyyətlə bağlı olan əlamətlərin 
irsi olmasını bir daha təsdiqləyir və onun öyrənilməsinə  mühüm zəmin  yaradır. 
Ali bitki və heyvan növlərinin xeyli fərdlərində, eləcə də bəzi ibtidailərdə erkək 
və  dişiləri  bir-birindən  fərqləndirən  əlamət  və  xassələr  cinsi  dimorfizm  adlanır 
və  təkamül  prosesinin  bütün  pillələrində  müşahidə  olunmaqla,  çox  geniş 
yayılmışdır. Heyvandarlıq və quşçuluqda arzu olunan erkək və dişi fərdlərin əldə 
edilməsinin  nəzəri  və  praktiki  cəhətdən  xüsusi  əhəmiyyəti  vardır.  Çünki  dişi 
fərdlər süd, yumurta, erkəklər isə ət istehsalı üçün olduqca səmərəli və rentabelli 
hesab olunur. Bunu nəzərə alaraq, heyvandarlığın və quşçuluğun istiqamətindən 
asılı  olaraq,  bir  halda  dişi,  digər  halda  isə  erkək  fərdlərin  daha  üstünlük  təşkil 
etməsinə  önəm  verilir.  Həmin  problemin  həlli  bioloji  qanunauyğunluğa 
əsaslanaraq  cinsiyyətin  formalaşması  üçün  əsaslı  zəmin  yaradır.  Məsələn, 
baramaçılıq  təsərrüfatlarında  erkək  fərdlərə  daha  çox  üstünlük  verilir.  Çünki 
onların  barama  məhsuldarlığı  dişilərə  nisbətən  25-30%  çox  olur. Erkək  və  dişi 
fərdlər  genetik  baxımdan  bir-birindən  xromosomların  müxtəlifliyi  ilə 
fərqlənirlər.  Müxtəlif  növə  mənsub  olan  heyvanların  yeni  doğulan  fərdlərinin 
50%-ni  erkək,  50%-ni  isə  dişilər  təşkil  etməklə  cinsiyyətin  nisbəti  1:1  olur. 
Cinsiyyətin əmələ gəlmə mexanizmi aşağıdakı kimi olur: 
 
P…               XX                              XY 
 
                                                       

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin