dəyiĢkənlik, yaxud variasiya adlanır. Variantlar arasındakı fərq miqdar və
keyfiyyət əlamətlərinə əsasən hesablanır. Miqdar əlamətləri (antitellərin titri,
diri kütlə, ət, süd, yumurta məhsuldarlığı və s.) ölçülür, hesablanır və rəqəmlərlə
ifadə edilir. Keyfiyyət göstəriciləri isə sözlərlə (rəngi qaradır, ağdır, sarıdır,
qırmızıdır, qara-aladır və s.) qeyd olunur. İki fərqli variant alternativ formada
(heyvanın cinsiyyəti erkək və ya dişidir, heyvan buynuzlu və ya buynuzsuzdur,
171
xəstə və ya sağlamdır) şərh edilir. Əlamətlərin miqdar və keyfiyyətinə görə
bölünməsi həmin göstəricilərə əsasən fərqləndirilir. Miqdar dəyişkənliyinin iki
tipi – fasiləli və fasiləsiz (diskret) – vardır. Fasiləsiz dəyişkənlik zamanı
variantlar arasında kəskin sərhəd və keçid olmur və ölçülərin dəqiqliyi nəzərə
alınır. Variantlar arasındakı fərq miqdarca təyin olunduğu halda diskret
dəyişkənlik alınır. Məsələn, hər bir baş ana donuzun çoşkaları bütöv rəqəmlə (9,
10, 11, 12) göstərilir.
|