«Alimdir gözümdə ən əziz insan!
Elmlə hünərlə! – başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Rütbələr içində seçilir biri,
Hamıdan ucadır alimin yeri!»
(Nizami Gəncəvi) Azərbaycanda materialist təbiətşünaslığın əsasını qoymuş tarixi şəxsiyyət və
bütün elmlərin mahir bilicisi H.Zərdabinin ən başlıca arzusu ölkəmizdə bütün
elmləri hərtərəfli və sürətlə inkişaf etdirmək olmuş və çox böyük bir müdrik
kəlam söyləmişdir: «Damcı-damcı ilə yaramız sağalası yara deyil, sel vaxtıdır, elm gərək sel kimi axsın ki, hər istəyən ondan içib doya bilsin. Bizim