16
olunmasından gələn gəlir, yüksək ixtisaslı kadrların sayı, təbiət və texniki
elmlər (biologiya, aqrar, fizika, riyaziyyat, kimya, İKT, astronomiya, aviasiya
və s.) üzrə tələbələrin sayının humanitar (hüquq, iqtisadiyyat, filologiya, tarix
və s.) elmlər üzrə tələbələrin sayına olan nisbəti nəzərə alınır. Respublikamızda
da TNƏ-nin inkişafı üçün xüsusi dövlət qayğısı göstərilir. Lakin real bir faktdır
ki, son illər respublikamızın ali məktəblərinə qəbul olunan gənclərimizin böyük
əksəriyyəti humanitar fakültələrə daxil olurlar. Beləliklə də ölkədə humanitar
sahənin kadrları ilə təbiətşünaslıq və texniki ixtisaslı kadrların arasında disbalans
yaranır, bu da öz növbəsində TNƏ-nin dinamik artımına neqativ təsir göstərir.
Bunu nəzərə alaraq təbiət elmləri, o cümlədən baytarlıq təbabəti, gen
mühəndisliyi və biotexnologiya üzrə yüksək ixtisaslı kadrların və gənc alimlərin
hazırlanması gündəmdə duran prioritet sayılmalı, alimlər nəsli arasında boşluq
yaranmasına yol verilməməli, onun qarşısı alınmalı və TNƏ-na görə ölkəmiz
öndə gedən (lider) ölkələrə yaxınlaşmalıdır. Gənclərimizdə isə təbiət elmlərinə,
o cümlədən baytarlıq təbabəti elmlərinə, xüsusən baytarlıq təbabəti genetikası və
biotexnologiya kimi olduqca maraqlı və perspektivli elm sahələrinə böyük
maraq yaranmalıdır.
F.Engels yazmışdır: «Nəzəri təfəkkür yalnız qabiliyyət
şəklində olan anadangəlmə bir xassədir. Bu qabiliyyət inkişaf etdirilməlidir,
Dostları ilə paylaş: