Populyasion – statistika üsulu– çarpazlaşmanın nəticələrinin işlənməsi,
əlamətlər arasındakı əlaqənin öyrənilməsi, populyasiyaların genetik quruluşunun
təhlili, populyasiyalarda genetik anomaliyaların yayılmasının öyrənilməsi,
müayinə zamanı alınan rəqəmlərin biometrik təhlili məqsədilə işlədilir.
Populyasiya üsulu ilə əsasən ayrı-ayrı əlamətləri müəyyən edən resessiv və do-
minant allellərin, heteroziqot və homoziqot orqanizmlərin tezliyi, populya-
siyalarda mutagenezin, seçmənin və təcrid olunmanın təsirindən baş verən
genetik quruluşun dinamikasının dəyişilmə mexanizmi öyrənilir.
İmmunogenetik üsul – orqanizmlərin qan qrupları, rezus amili, qan zərdabı
və toxumaların, zülalların, fermentlərin və hormonlarının öyrənilməsi üçün
seroloji, immunoferment, immunoelektroforez və s. müayinələrin aparılmasına
əsaslanır. Bu üsulla orqanizmin immunoloji uyğunsuzluğu, immun-çatışmazlıq,
əkizlərin mozaisizmi (genetik fərqlərin mövcudluğu) və s. ətraflı öyrənilir.