27
Mutasion üsulla – mutagen amillərin təsirindən orqanizmin hüceyrələrində
xromosomların, DNT-nin, ümumilikdə genetik aparatın xassələrinin dəyişilmə
dinamikası müəyyənləşdirilir. Bu üsuldan bitkilərin və ipək (barama) qurdlarının
seleksiyasında, bakteriyaların yeni ştammlarının alınmasında hazırda geniş
istifadə olunur.
Əkizlər üsulu – bir, iki, üç və daha artıq yumurta hüceyrələrinin mayalan-
ması zamanı əmələ gələn əkizlər üzərində xarici mühit amillərinin orqanizmə
təsirini və onların genotiplə vəhdətinin öyrənilməsində istifadə edilir.
Monosom üsulu – genlərin yerləşdiyi xromosomu və onların xromosomda
yerləşdiyi yeri təyin etmək məqsədilə istifadə olunur.
Dostları ilə paylaş: