28
nüvəsində yerləşən xromosomlarda cəmləşir. T.Morqan və onun tələbələri ilk
dəfə olaraq genetik xəritənin tərtib edilmə üsulunu və onun mexanizmini
müəyyən etmiş, həmçinin cinsiyyətin təyin olunmasında xromosomların rolunu
elmi əsaslarla aşkarlamışlar. Xromosom nəzəriyyəsinin kəşfi genetikanın sərbəst
elm kimi inkişafına böyük təkan vermiş və molekulyar biologiyanın təşəkkül
tapmasına zəmin yaratmışdır.
–
üçüncü mərhələ 1925-1940-cı ildən başlayaraq müasir genetika mərhələsi
adlanır və irsiyyətin molekulyar səviyyədə öyrənilməsi ilə xarakterlənir. Bu dövrdə
F.Krik, C.Uotson tərəfindən DNT molekulunun quruluşu, F.Krik, M.Nirenberq,
C.Oçoa, D.Mettey tərəfindən genetik kod kəşf olunmuş, Q.Korana tərəfindən isə
kimyəvi yolla gen sintez edilmişdir. Hazırda genin bir orqanizmdən digərinə
köçürülməsinə əsaslanan genetika mühəndisliyi elmi, mikroorqanizmlərin,
virusların, göbələklərin, ibtidailərin genetikasının molekulyar səviyyədə öyrənilməsi
istiqamətində fundamental elmi-tədqiqatlar aparılmaqla, çox böyük uğurlar əldə
olunmuşdur. Rus alimlərindən N.Koltsov, U.Filipçenko, N.Vavilov, Q.Nadson,
Q.Filippov süni yolla mutasiya almış, N.Vavilov isə irsiyyət dəyişkənliyinin
homoloji sıralar qanunu kəşf etmişlər.
–
dördüncü və müasir mərhələ molekulyar biologiyanın, molekulyar
genetikanın, immunogenetikanın, gen mühəndisliyi və biotexnologiya kimi
bəşəri əhəmiyyətli, mütərəqqi və dinamik yüksələn düz xətlə inkişaf edən elmi
prioritetlərin yavranması və təşəkkül tapması ilə səciyyələnir.
Hazırda həmin elm sahələrinə əsaslanaraq, biologiyanın, kənd təsərrüfatının,
sənayenin, təbabətin, baytarlıq təbabətinin, ümumilikdə isə molekulyar
biologiyanın ən aktual və qlobal miqyaslı problemləri ətraflı öyrənilir, bu
istiqamətdə elmi axtarışlar davam etdirilir və böyük elmi-praktiki əhəmiyyətli
uğurlar əldə olunur. S.Çetverkov populyasion genetikanın, akademik L.Ernst isə
baytarlıq təbabəti genetikasının yaradılmasında çox böyük işlər görmüşdür.
Azərbaycanda genetika elminin yaranmasında, formalaşmasında və inkişafında
milli təbiətşünaslıq elmimizin banisi H.Zərdabinin,
akademiklər F.Məlikov,
M.Sadıqov, A.Qarayev, H.Həsənov, Ş.Tağıyev, M.Musayev, H.Əliyev,
Ə.Quliyev, A.Ağabəyli, İ.Mustafayev, V.Tutayuk, M.Qəniyev, N.Şirinov,
Y.Hacıyev, C.Əliyev, U.Ələkbərov, M.Salmanov, S.Məmmədova,
professorlar
Y.Səfərov, Ə.Əsgərov, R.Qədimov, R.Ağabəyli, E.Axundova, C.Axundov,
E.Əliyev, Z.Verdiyev, R.Mehdiyev, T.Turabov, A.Məmmədov, M.Axundov,
Q.Mustafayev, Z.Qarayev, C.Nəcəfov, M.Babayev, R.Quliyev, A.Quliyev,
Q.Abdullayev, E.Ağayeva, İ.Əzimov, E.Əliyev, R.Səfərov və b. olduqca böyük
xidmətləri olmuşdur. Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının və bitkilərinin
genetik fondunun, seleksiyasının və yetişdirilməsinin öyrənilməsi və təkmilləş-
dirilməsinin əsas elmi mərkəzi ADAU olmuşdur. Bu təhsil ocağında elmi-
pedaqoji fəaliyyəti ilə fomalaşan və məşhurlaşan korifey sələflərin irsi, yolu
onların xələfləri tərəfindən nəinki təkcə baytarlıq təbabəti və zootexniya elmləri
sahəsində, eləcə də
aqronomluq, meyvə-tərəvəzçilik, bitki mühafizəsi və başqa
sahələrdə də uğurla davam etdirilir.
Akademik Siddiqə Məmmədova,
Dostları ilə paylaş: