pambıqçılıq sahəsində fundamental-tətbiqi və mühüm təsərrüfat əhəmiyyətli
elmi axtarışlar apararaq uğurlu nəticələrə nail olmuşdur. Dərslik tərtib olunarkən
müəlliflər təbiətşünaslıq, biologiya, təbabət, baytarlıq təbabəti, tibbi biologiya,
genetika,
seleksiya,
mikrobiologiya,
virusologiya,
biotexnologiya
və
immunologiya elmlərininin inkişafında çox böyük, misilsiz xidmətləri olan
klassik və müasir dünya və vətən alimlərinin, eləcə də onların xələflərinin elmi
irsi, yaradıcılıqları, keçdikləri şərəfli, çətin və mənalı həyat yolu barədə
tələbələrə və oxuculara qısa və lakonik bioqrafik məlumat verməyi
məqsədəuyğun hesab etdi. Onların elmi irsi gənclərimiz, oxucularımız və
gələcək nəsillər üçün nümunə və başlıca həyat amalı olmalıdır. «Tariximizin hər səhifəsi bizim üçün əzizdir. Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və qiymətləndirmək lazımdır». «Tariximiz bizim üçün dərs olmalıdır. Tarix heç