Vavilov Nikolay Ġvanoviç (1887-1943) Məşhur rus alimi, genetik, seleksiyaçı, akade-
mik, genetika elminin ən başlıca qanunlarından biri
sayılan irsiyyətli dəyişkənliyin homoloji sıralar
qanununun banisi(1919) Nikolay İvanoviç Vavilov
müasir
seleksiyanın
elmi
əsaslarını, mədəni
bitkilərin mənşəyi və onların coğrafı arealının
yayılması haqqında təlimin təməlini qoymuşdur.
Onun rəhbərliyi ilə 300 mindən çox müxtəlif növə mənsub mədəni bitki
nümunəsi olan zəngin dünya herbari kolleksiyası yaradılmışdır. O, həm də
texniki bitkilərdə yoluxucu xəstəliklərə qarşı immunitetin yaradılması təliminin
və bitki immunogenetikasının banisi sayılır. N.İ.Vavilovun rəhbərliyi ilə
bitkilərin genetikası, seleksiyası və mühafızəsinə həsr olunmuş çoxlu sayda
monoqrafıyalar hazırlanmış, namizədlik və doktorluq dissertasiyaları müdafiə
edilmişdir. Alim ona qarşı bir neçə dəfə sovet imperiyası rəhbərlərinin təzyiqlər,
təqiblər göstərməsinə, müxtəlif şantaj xarakterli sanksiyalar və diskriminasiyalar
tətbiq etməsinə, hətta həbs olunmasına baxmayaraq seleksiya və genetika elmləri
sahəsində elmi axtarışlarını səylə davam etdirmiş, elmi, praktiki və nəzəri
əhəmiyyətli nəticələrə nail olmuşdur. N.İ.Vavilovun elmi axtarışlarının məntiqi
nəticəsi olaraq hazırda bitkilərin seleksiyası, genetikası və yeni yüksək
məhsuldar taxıl, şəkər və yem çuğunduru, yonca, qarğıdalı və s. sortların
yetişdirilməsi üçün onun təklif etdiyi üsullara çox böyük önəm verilir və
onlardan geniş istifadə olunur. Hazırda genetika, seleksiya, immunogenetika,
molekulyar genetika və biologiya, gen mühəndisliyi və biotexnologiya elmləri
üzrə elmi axtarışların aparılması prosesində N.İ.Vavilovun tədqiqatlarına çox
önəmli yer verilir və onlara geniş istinad edilir.