Məlikov Firuz Əli oğlu (1902-1965) Azərbaycanın milli zootexniya, heyvandarlıq,
xüsusilə qoyunçuluq elminin inkişafında əvəzsiz
rolu olmuş, korifey alim, genetik, seleksiyaçı,
akademik Firuz Əli oğlu Məlikovun xidmətləri
olduqca təqdirəlayiq hesab edilməlidir. O, 1948-ci
ildə kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi,
1949-cu ildə isə professor elmi adını almışdır. Alim
ADAU-da
kafedra
müdiri,
fakültə
dekanı
vəzifələrində çalışmış, 1948-ci ildə Ümumittifaq
Kənd Təsərrüfatı Elmlər Akademiyasına Azərbay-
candan ilk həqiqi üzv seçilmiş, Azərbaycan Kənd
Təsərrüfatı Elmlər Akademıyasının prezidenti
olmaqla 3 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Akademik
F.Məlikov Azərbaycan aqrar elminə böyük töhfələr vermişdir. O, bir neçə alim
və mütəxəssislərlə birgə seleksiya və fərdi seçmə yolu ilə 1935-1947-ci illərdə
Gədəbəy dövlət damazlıq qoyunçuluq təsərrüfatında ―Azərbaycan dağ
merinosu‖ qoyun cinsini yaratdıqlarına görə 1947-ci ildə SSRİ Dövlət
mükafatına layiq görülmüşdür. Onun elmi tədqiqatlarının əsas istiqamətini
heyvıandarlıqda seleksiya işlərinin respublikanın iqlim şəraitinə, ekoloji və
genetik durumuna uyğun olaraq aparılması təşkil etmiş və bir qayda olaraq yeni
cins yetişdirilərkən genetik aspektlərə çox önəmli yer vermişdir. Alim
heyvandarlıqda damazlıq seleksiya işlərinin səmərəliliyi və məhsuldarlığın
artırılmasında yeni mütərəqqi üsullardan (qarabağ qoyunlarında farac döl və s.)
geniş istifadə olunmasına böyük üstünlük vermişdir. F.Məlikov 150-dən çox
əsərin müəllifidir. Ölkədə heyvandarlığın inkişafındakı nailiyyətlərinə görə SSRİ
Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə F.Məlikov Lenin, Qırmızı Əmək
Bayrağı ordenləri və bir çox medallarla təltif olunmuşdur. Azərbaycan Elmi
Tədqiqat Heyvandarlıq İnstitutu hazırda onun adını daşıyır.