saxlamaq düsturüləməli" müəllifin sağlığında nə mətbuatda, nə də ayrıca kitab
şəklində çap olunmamışdır. Həsən bəyin ölümündən sonra bu gərəkli işi
Kiyevdə təhsil alan azərbaycanlı tələbələr həyata keçirmişlər. Nəşriyyat
qrupunun rəhbəri gənc Yusif Vəzir Çəmənzəminli ilknəşringirişində yazmısdır:
"Mərhum Həsən bəy Məlikzadə tərəfindənqələmə bir çox elmi əsərlər alınıb,
lakin indiyədək onlar camaatımızın himməşsizliyindən çap olunmayıb qalırdı.
"Kiyev islam tələbələrinin nəşriyyat heyəti" bu əsəri Həsən bəyin möhtərəm
zövcəsinin (Hənifə xanım Abayeva-Zərdabi)razılığı ilə nəşr etməyə şüru etdi.
Əvvəl "Torpaq, su və hava" ünvanlı kitabça təb olunub, indi isə oxucularımıza
"Bədəni salamat saxlamaq düstürüləməli"ni təqdim edirik. Bu kitaba "heyət"
tərəfindən haşiyə olaraq bəzi şeylər artırılıb, bir də bir neçə sözün dərci
namünasib görüldüyündən bilmərrə ötürülüb, yerləri nöqtələr ilə nişanə olunub,
qalanı isə mərhum Həsən bəyin əlyazılarından yazılıb eynən dərc olunur.
Student: Yusif Vəzirov". Kitab Bakıda İ.Aşurbəyovun "Kaspi" mətbəəsində
1912-ci ildə «N 2», 1914-cü ildə «N 3» işarəsi ilə təkrar çap olunmuş və böyük
uğur qazanmışdir. Təəssüf ki, sonrakı illərdə bu qiymətli əsərin tirajının
kütləviləşdirilməsi davam etdirilməmiş, Sovet hakimiyyətinin ilk 40 ilində isə
kitab bir dəfə də nəşr olunmamışdır. İ Stalinin ölümündən və "şəxsiyyətə
pərəstişin pislənməsı" prosesindən sonra millətçı damğası vurulmuş Həsən bəy
Zərdabinin irsi də bəraət almış, onun fəalıyyəti geniş tədqiq olunmağa
başlanmış, əsərləri çapa hazırlanmışdır. Bu işdə professorlar Ziyəddin
Göyüşovun, Mirəli Axundovun, Abbas Zamanovun, İzzət Rüstəmovun
gördükləri işlər zərdabşünaslıq üçün möhkəm özül olmuşdur. «Bədəni salamat
saxlamaq düstürüləməli» əsərinin indiki nəşri mərhum Ziyəddin Göyüşovun
tərtib və qeydləri ilə 1960-cı ildə "Azərnəşr"də işıq üzü görmüş "Həsən bəy
Zərdabı, seçilmiş əsərləri" kitabından götürülmüşdür və ötən 46 ildə ilk
belə
təşəbbüsdür. Alimin «Natural gigiyena» adlı biliklər sistemi insanların təbiət
qanunları ilə yaşamasını əsas götürərək aşağıdakı 9 şərti əhatə edir:
1-təmiz hava, 2-saf su, 3-Günəşlə təmas, 4-təbii qidalar, 5-fəal hərəkət, 6-az
yemək və aclıq, 7-istirahət və yuxu, 8-düz qamət, 9-ağıl və sağlam ruh. Şərtlər
müxtəlif kitablarda fərqli sıralansa da sağlam yaşamaq qaydalarına verilən
tələblər dəyişməz olaraq qalır, təbiətdən güc almaq, təbiət qanunlarına
uyğunlaşmaq kimi əsas məsələləri əhatə edir. 1980-ci ildə Hənifə xanım öz
mənzilində məktəb açaraq yetim və kasıb uşaqların təhsil alması ilə məşğul
olmuşdur. 1901-ci ildə H.Zərdabi və Hənifə xanımın səyi və H.Z. Tağıyevin
maliyyə dəstəyi ilə Bakıda ilk rus-müsəlman məktəbi açılır, Hənifə xanım isə
onun direktoru təyin olunur. H.Zərdabi çar məmurları tərəfəindən dəfələrlə həbs
olunmuş, onların təqibləri nəticəsində Bakını tərk edərək 16 il doğma Zərdabda
yaşamış, hətta bəzən təndirdə gizlənməli olmuşdur. Onun oğlanları Sifət, Mitəd
və qızı Qəribsoltan xanım da repressiyaya məruz qalmışlar. H.Zərdabi dahi rus
yazıçısı Lev Tolstoyla yaxın dostluq və əməkdaşlıq etmişdir. H.Zərdabinin
38
böyük qızı Tiflisdə rus qızlar gimnaziyasında təhsil alan ilk azərbaycanlı qadın
Pəri xanımın həyat yoldaşı, parlamentin birinci sədri Əlimərdan bəy Topçubaşov
(1865-1934) olmuşdur.