Ġvanovski Dmitri Ġvanoviç (1864-1920) Virusların ilk kəşfi dünya şöhrətli, məşhur rus
alimi D.İ.İvanovskinin adı ilə bağlıdır. Onun bu tarixi
kəşfindən sonra virusologiya elminin əsası qoyulmuş
və bunun nəticəsində də bir sıra xəstəliklərin
törədiciləri müəyyən edilmişdir. 1891-1892-ci illərdə
Krımın Nikitin botanika bağında D.İ.İvanovski və
V.V.Polovsev diplom işini hazırlamaq məqsədilə
tütünün mozaika xəstəliyini öyrənərkən sübut
etmişlər ki, xəstə tütün bitkisinin yarpağından alınmış şirə (ekstrakt) Zeys,
Berkefeld və Şamberlanın bakterial süzgəclərindən keçirildikdən sonra da
sağlam tütün bitkisinin yarpaqlarında mozaika xəstəliyini törədir. 1892-ci il
fevralın 12-də 28 yaşlı D.İ.İvanovski Rusiya Akademiyasının elmi şurasında
apardığı tədqiqatların nəticələri haqqında çıxış etməklə virusologiyanın təməlini
qoymuşdur. D.İ.İvanovskinin 1892-ci ildə yazdığı «Tütün bitkisinin iki xəstəliyi
haqqında» əsəri namizədlik və 1902-ci ildə yazdığı «Tütünün mozaika xəstəliyi»
əsəri isə doktorluq dissertasiyası kimi qiymətləndirilmişdir. D.İ.İvanovski
sonralar həmin «yoluxucu amilin» çox kiçik olan, bakterial süzgəcdən keçən,
qida mühitində yetişməyən və adi mikroskoplarla müşahidə olunmayan
mikroorqanizmlər olduğunu göstərməklə bunları virus adlandırmışdır. Bəzi qərb
alimləri virusologiyanın tarixini təhrif etməklə səhvən onu Hollandiya alimi
M.Beyerinkinin adı ilə bağlayırlar. Halbuki, o özü, virusun ilk dəfə
D.İ.İvanovski tərəfindən kəşf edildiyini etiraf etmişdir. Virusologiyanın müstəqil
elm sahəsi kimi çox dinamik sürətlə inkişaf etməsi bəzi infeksion xəstəlikləri
törədən virusların ayrılması və onların xüsusiyyətlərinin öyrənilməsi üçün zəmin
yaratmışdır. Hazırda molekulyar biologiyanın, genetikanın, gen mühəndisliyinin,
biotexnologiyanın, bioetikanın və s. qlobal problemlərinin öyrənilməsi
prosesində viruslardan geniş istifadə olunur.