Tutayuk Validə Xaspolad qızı (1914-1980) 1934-cü ildə Azərbaycan Dövlət Aqrar Univer-
sitetinin ―Bağçılıq və bostançılıq‖ fakültəsini bitir-
miş, 1949-cu ildə doktorluq dissertasiyası müdafiə
edərək 35 yaşında biologiya elmləri doktoru elmi
dərəcəsini alan ilk azərbaycanlı qadın akademik,
―Şərəf Nişanı‖, ―Oktyabr İnqilabı‖ ordenli, Əməkdar
Elm Xadimi Tutayuk Validə Xaspolad qızının Azər-
baycanın bütün bölgələrində təbii bitki örtüyünün
genefondunun, anatomik-morfoloji və genetik xüsu-
siyyətlərinin öyrənilməsində misilsiz xidmətləri olmuşdur. O, 1934-cü ildə
aspiranturaya qəbul olunaraq, K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı
Akademiyasına ezam edilir, sonralar doğma universitetə qayıdaraq 1939-cu
ildən ADAU-nun botanika kafedrasına başçılıq edir. Alim 1957-ci ildə
Azərbaycan EA Botanika İnstitutuna direktor təyin olunur. O, geniş profilli
botanika, aqronomluq, bitkiçilik və biologiya elmləri üzrə milli kadrların
hazırlanması üçün Azərbaycan dilində ilk fundamental dərsliklərin müəllifidir.
1968-1972-ci illərdə V.Tutayukun rəhbərliyi ilə Azərbaycanın qış və yay
otlaqlarının geniş geobotaniki və genetik tədqiqi aparılmış və bu sahədə
müfəssəl məlumatlar əldə edilmişdir. V.Tutayuk 250-dən artıq elmi əsərin, o
cümlədən, 10 ali məktəb dərsliyinin, 9 monoqrafiyanın, çoxlu sayda dərs
vəsaitlərinin müəllifidir. Onun rəhbərliyi ilə çoxlu sayda elmlər namizədləri və
doktorları hazırlanmışdır. O, Azərbaycan KP MK-nın üzvü olmuşdur.