49
işləmişdir, 1957-ci il-də namizədlik və 1968-ci ildə doktorluq dissertasiyalarını
müdafiə etmiş, 1972-ci ildə professor elmi adını almışdır. O. 1972-ci ildə
Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının müxbir üzvü seçilərək
akademiyanın heyvandarlıq və baytarlıq üzrə Zaqafqaziya bölməsinin sədri
vəzifəsini tutmuş, 1991-ci ildə isə akademiyanın həqiqi üzvü seçilmişdir. Y.
Hacıyev 2001 -ci ildən AMEA-nın həqiqi üzvü idi. Onun elmi tədqiqatlarının
başlıca istiqaməti baytarlıq helmintologiyası ilə bağlıdır. O, təbiətdə və heyvan
orqanizmində mikroelementlərin miqdarından asılı olaraq, helmintozların
yayılma qanunauyğunluğunu öyrənmiş və ən geniş yayılmış helmintozlara qarşı
müalicə-profilaktika tədbirləri hazırlamış, onların tətbiqini təşkil etmişdir.
Y.Hacıyev helmintozlara qarşı orqanizmin müqavimətinin artırılmasi və terapiya
məqsədi ilə mikroelementlərin tətbiqinin elmi əsaslarını işləmişdir. Onun bu
istiqamətdə aldığı nəticələr mütəxəssislər tərəfindən yüksək qiymətləndirilərək
onların keçmiş Sovetlər İttifaqının cənub regionlarında istifadəsi tövsiyə
edilmişdir. Alim 20-dən artıq dərman bitkilərinin xassələrini araşdırmış, bəzi
bitkilərin helmintozlara qarşı işlədilməsinə dair səmərəli təkliflər irəli
sürmüşdür. Onun respublika şəraitində normativ sənəd kimi istifadə üçün nəşr
etdirdiyi təlimatlar toplusundan baytarlıq idarələrində və tədris müəssisələrində
geniş
istifadə
edilməkdədir.
Azərbaycanda
helmintoloqlar
məktəbinin
yaradıcılarından biri olan Y.Hacıyevin yüksək ixtisaslı kadr hazırlığı işində
böyük xidmətləri olmuş və onun rəhbərliyi ilə onlarca namizədlik dissertasiyası
müdafiə olunmuşdur. Alimin tədqiqatları 180-dək elmi əsərdə, o cümlədən 10
kitabda öz əksini tapmışdır. O, "Azərbaycan aqrar elmi" jurnalının baş redaktoru
idi. Yaqub Hacıyev baytarlıq üzrə bir çox mötəbər beynəlxalq konfrans və
simpoziumlardakı çıxışları ilə Azərbaycan eimini layiqincə təmsil etmişdir.
Alimin xidmətləri yüksək qiymətləndirilmiş, o, bir sıra fəxri adlara layiq
görülmüş, orden və mükafatlarla təltif edilmişdir.
Dostları ilə paylaş: