Musayev Musa Əbdürəhman oğlu (1921-2010) Baytarlıq təbabəti, zoologiya və parazitologiya
elmilərinin inkişafında tanınmış akademik Musa
Əbdürəhman oğlu Musayevin xidmətləri olduqca
təqdirəlayiqdir. O, ADAU-nun baytarlıq təbabəti
fakültəsini bitirmişdir. 1959-cu ildən Azərbaycan
MEA-nın müxbir üzvü, 1967-ci ildə isə həqiqi üzvü
seçilmişdir. M.Musayev 350-dən çox elmi əsərin, o
cümlədən, onlarla dərslik, dərs vəsaiti, 10
müəlliflik şıhadətnaməsi və patentin müəllifidir.
Alim
1976-1001-ci
illərdə
SSRİ
Elmlər
Akademiyası nəzdində Ümumittifaq Protozooloqlar
Cəmiyyətinin vitse-prezidenti, 1967-1988-ci illərdə «Parazitologiya» jurnalının
redaksiya heyətinin üzvü, Ukrayna Parazitoloqlar Cəmiyyətinin fəxri üzvü
seçilmiş, 1991-ci ildə Azərbaycan SSR Dövlət mükafatına, 1996-cı ildə Həsən
Əliyev adına «Ekologiya sahəsindəki nailiyyətlərə görə» medala və mükafatlara
layiq görülmüşdür. Baytarlıq elmləri doktoru, professor M.Musayev Azərbaycan
Milli Elmlər Akademiyasının Biologiya elmləri bölməsinin akademik-katibi,
AMEA Zoologiya İnstitutunun direktoru olmuşdur. Onun rəhbərliyi ilə çoxlu
sayda elmlər namizədi və doktorları hazırlanmışdır.