Fяxrяddиn mustafayev



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə77/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   284
 
 
Qarayev Abdulla Ġsmayıl oğlu  
 (1910-1968) 
 
Azərbaycan  fiziologiya  elminin  banisi,  tibb 
elmləri  doktoru,  akademik,  Əməkdar  Elm  Xadimi 
Abdulla  İsmayıl  oğlu  Qarayevin  milli  elmimizin 
inkişafında  çox  böyük  xidmətləri  olmuşdur.  O, 
ölkəmizdə  eksperimental  fiziologiya  laboratoriya-
sının  ilk  təşkilatçısı  olmaqla  onun  əsas  elmi 
tədqiqatları  bioelektrik  hadisələri,  orqanizmin 
mütəhərrik  karbohidrat  deposu,  subliminal  qıcıq-
ların  dekrementli  ötürülməsi,  Naftalan  neftinin 
müalicəvi təsir mexanizmi və interoseptik mübadilə reflekslərinin öyrənilməsinə 
həsr  edilmişdir.  Naftalan  neftində  boy  maddəsini  də  fizioloji  tədqiqatlarda  o, 
tətbiq  etmişdir.  A.Qarayev  AKP  MK-nin  üzvü  (1962-64),  BDU-nun  rektoru 
(1944-50), AMEA-nın biologiya və kənd təsərrüfatı bölməsinin akademik katibi 
(1952-56),  Ali  və  Orta  İxtisas  Təhsili  Komitəsinin  sədri  (1961-63),  AMEA-nın 
Fiziologiya bölməsinin rəhbəri və Fiziologiya İnstitutunun direktoru (1953-68), 
İ.P.Pavlov  adına  Ümumittifaq    Fizioloqlar  Cəmiyyəti  Azərbaycan  bölməsinin 
sədri  (1951-68)  vəzifələrində  çalışmışdır.  Alim  15-ci  (Sankt-Peterburq,  1935  , 


 
46 
21-ci  (Buenos-Ayres,  1959),  22-ci  (Leyden,  1962),  23-cü  (Tokio,  1965) 
Beynəlxalq  fizioloqlar  konqresində  iştirak  etmişdir.  Onun  ―Analizatorların 
fiziologiyası‖    (1947),  ―Mərkəzi  sinir  sisteminin  fiziologiyası‖  (1951), 
―Faqosifozun fiziologiyası‖ (1960), ―Boş beyin süfununun torabənzər törəmələri 
və  vegetativ  funksiyaları‖  (1965),  ―Sulukarbonlar  mübadiləsinin  hipotermiya 
şəraitində vəziyyəti‖ (1967), ―İnteroreseptorlar və maddələr mübadiləsi‖ (1965, 
rus dilində) və s. əsərləri nəzəri və praktiki cəhətdən çox qiymətli əsərlər sayılır. 
A.Qarayev  Lenin  ordeni,  3  dəfə  Qırmızı  Əmək  Bayrağı  ordeni,  Qırmızı  Ulduz 
ordeni  və  medallarla  təltif  edilmişdir.  Onun  rəhbərliyi  ilə  çoxlu  sayda  elmlər 
namizədləri və doktorları hazırlanmışdır. 
 
 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin