47
nəticələrində daxili analizator sistemin qabıq morfo-funksional strukturları haqqında
məlumatlar toplanmış, hippokamp, amiqdala, hipotalamus kimi limbik strukturların
beyin qabığında visseral təsirlərin formalaşması və interoreseptiv qlikemik reaksiya-
ların tənzimlənməsində mühüm rolu aydınlaşdırılmışdır. H. Həsənovun bu sahədəki
tədqiqatlarının nəticələri, eləcə də onun rəhbərliyi altında aparılan işlər interoreseptiv
mübadilə reflekslərinin sinir tənziminin qanunauyğunluqlarını müəyyən etməyə imkan
vermişdir. Onun fəaliyyəti fundamental problem olan analizator funksiyaların
təkamülü, inteqrasiya, mürəkkəb davranış formalarının fizioloji və biokimyəvi
əlaqələrin izah edilməsinə yönəldilmişdir. Məhz elmi fəaliyyət çərçivəsinin hərtərəfli
sayı nəticəsində H.Həsənov nəinki fiziologiya sahəsində, eləcə də Azərbaycanda
səhiyyə və fizika sahəsindəki alimlərlə elmi əməkdaşlıq edir ki, bu da ali sinir fəaliy-
yətinin patologiyası və psixi sinir pozğunluqlarının müalicə olunması üçün kompleks
tədqiqatlar aparılmasina imkan yaradır. .H. Həsənovun adı fiziologiyanın mühüm
problemlərinin böyük tədqiqatçısı kimi təkcə Azərbaycanda deyil, həm də
respublikadan kənarda da məşhurdur. Onun işləri respublika, mərkəzi və xarici
mətbuatda nəşr olunur. O, özünün elmi məlumatları və ümumi nəticələri ilə
Ümumdünya konqressləri, qurultayları və simpoziumlarında iştirak etmişdir. Onun
işləri xarici konfrans və konqreslərə (Macarıstan, Ruminiya), Ümumdünya
fizioloqlar konqreslərə (Münhen, Dehli), ali sinir fəaaliyyətinə həsr olunmuş
Ümumdünya konqresinə (Praqa), Eksperimental nevroz simpoziumuna (Berlin) və
beynin İnteqrativ fəaliyyəti (Veymar), XVII Beynəlxalq fizioloji elmlər konqresinə
(Paris), Beynəlxalq fizioloji elmlər konqresinə (Budapeşt), «İnterbeyin» xətti nlə III
Beynəlxalq simpoziumuna, YUNESKO-nun beyin tədqiq edilməsi üzrə təşkil edilmiş
I Ümumdünya konqressinə (İsveçrə, Lozanna) və s. təqdim olunmuşdur.
Dostları ilə paylaş: