Hacıyev Hacı Məmmədbağır oğlu (1919-1989) Azərbaycanda baytarlıq təbabətinin təşəkkül tapmasında, müstəqil elm
sahəsi kimi formalaşmasında, dinamik inkişafında
və bu bəşəri əhəmiyyətli elm sahəsində milli
kadrların və alimlər ordusunun hazırlanmasında
baytarlıq təbabəti elmləri doktoru, professor Hacı
Məmmədbağır oğlu Hacıyevin olduqca böyük və
misilsiz
xidmətləri
olmuşdur.
H.Hacıyevin
tələbələri, aspirantları və elmi-pedaqoji kollektiv
onu
ədəbiyyatçı
alim,
yüksək
erudisiyalı,
intellektual səviyyəli pedaqoq, həssas, qayğıkeş bir
insan və pedaqoq kimi dəyərləndirmiş, özləri üçün
örnək hesab etmişlər. H.Hacıyev 1941-ci ildə
ADAU-nun Baytarlıq təbabəti fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, həmin
universitetdə ordinatorluqdan başlayaraq qəzet redaktoru, kafedra müdiri, elmi
işlər üzrə prorektor vəzifələrində çalışmışdır. Alim çoxsaylı dərslik, dərs vəsaiti,
monoqrafiya, elmi və publisistik məqalələrin müəllifi olmuşdur. Ölkəmizin
əvəzsiz təbii sərvəti sayılan naftalan neftinin baytarlıq təbabətində ilk dəfə
olaraq geniş tətbiq olunması məhz onun səyi və təşəbbüsü nəticəsində mümkün
olmuşdur. O, 1947-ci ildə ―Naftalan neftinin mədə önlüklərinin təqəllüsünə
təsiri‖ mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1948-ci ildə isə
dosent elmi adı almış, 1951-ci ildə baytarlıq təbabəti fakültəsinin ―Yoluxmayan
xəstəliklər və klinik diaqnostika‖ kafedrasına müdir təyin edilmişdir. Alim 1962-
ci ildə həmin kafedranın nəzdində ―Naftalan nefti problem laboratoriyası‖
yaratmış və ona rəhbərlik etmişdir. O, 1967-ci ildə doktorluq dissertasiyası
müdafiə etmiş və professor alimlik rütbəsi almışdır. Alim İlk dəfə ―Klinik
diaqnostika‖ və ―Kənd təsərrüfatı heyvanlarının yoluxmayan daxili xəstəlikləri‖
fənnindən Azərbaycan dilində dərsliklərin və dərs vəsaitlərinin müəllifi
olmuşdur. H.Hacıyevin rəhbərliyi ilə çoxlu sayda elmlər namizədi
hazırlanmışdır.