Fяxrяddиn mustafayev



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə82/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   284
(1926-1994) 
 
Baytarlıq  təbabəti  elmləri  doktoru,  professor, 
tanınmış  mikrobioloq, epizootoloq, «Şərəf nişanı» 
ordenli  Yunis  Baxşəli  oğlu  Səfərov  uzun  müddət 
ADAU-nun  baytarlıq  təbabəti  fakültəsinin  dekanı, 
«Epizootologiya, mikrobiologiya və virusologiya» 
kafedrasının  müdiri  vəzifəsində  çalışmışdır.  O, 
«Epizootologiya»,  «Baytarlıq  mikrobiologiyası», 
«Baytarlıq  virusologiyası»,  «Baytarlıq  işinin 
təşkili  və  iqtisadiyyatı»,  «Arıların  infeksion   
xəstəlikləri», 
    «Balıqların      infeksion   
xəstəlikləri»      və      s.      ali      məktəb  dərsliklərinin  və  dərs  vəsaitlərinin  müəllifı 
olmuşdur. Alimin elmi tədqiqatlarının əsas istiqamətini heyvan və quşların bəzi 
infeksion 
xəstəliklərinin 
epizootoloji, 
patogenetik
-
patomorfoloji 
xüsusiyyətlərinin,  diaqnostikası  və  profılaktikasının  öyrənilməsinə  həsr  olunan 
fundamental-tətbiqi xarakterli axtarışlar təşkil edir. Azərbaycanda ilk
 
dəfə olaraq 
qoyunların 
anaerob 
infeksiyaları 
törədicilərinin 
(qoyunların 
infeksion 
enterotoksemiya, 
bradzot, 
quzuların 
anaerob 
dizenteriyası) 
həssaslığı, 
davamlılığı,  yaşama  müddəti  və  dəyişkənliyi  məhz  onun  tərəfindən 
öyrənilmişdir.  Alimin  rəhbərliyi  ilə  mikrobiologiya,  epizootologiya  və 
virusologiyanın  ən  aktual  problemlərinə  həsr  edilmiş  12  namizədlik  və  1 
doktorluq dissertasiyası hazırlanmışdır. Y.Səfərovun rəhbərliyi ilə onun xələfləri 
(S.Culfayev, 
R.Qədimov, 
Ş.Ələsgərov, 
E.Hüseynov, 
Ə.Məmmədov, 
İ.Məmmədov,  M.Qurbanova,  N.Əbdülhəlimov,  R.Əliyev,  S.Canməmmədov, 
A.Abbasov,  İ.Nağıyev  və  b.)  qaramal,  qoyun,  donuz  və  quşların  bəzi  yoluxucu 


 
51 
xəstəliklərinin  (qaramalın,  donuzların  pasterellyoz,  qoyunların  infeksion  mastit, 
bradzot,  quzuların  anaerob  dizenteriya,  quşların  kolibakterioz,  salmonellyoz) 
törədicilərinin  torpaqda,  suda,  peyində,  binalarda,  xidmət  əşyalarında  və  s. 
yaşama  müddətini,  Günəş  şüalarının,  temperaturun,  dezinfeksiya  maddələrinin, 
antibiotiklərin,  sulfanilamid  və  nitrofuran  qrupu  preparatlarının  təsirinə 
davamlılığını,  həssaslığını,  genetik  əlamət  və  xassələrinin  dəyişkənliyini  ətraflı 
öyrənmişlər. Baytarlıq təbabəti tarixində ilk dəfə olaraq Y. Səfərovun rəhbərliyi 
ilə  kənd  təsərrüfatı  heyvanlarının  və  quşların  bəzi infeksion  xəstəliklərinə  qarşı 
assosiasiya olunmuş və kompleks vaksinasiya üsulu tətbiq edilmiş  və  eyni  adlı  
(rus    dilində)    monoqrafıya    hazırlanmışdır.    Alimin  rəhbərliyi  ilə  heyvan  və 
quşların  bəzi  yoluxucu  xəstəliklərinin  törədicilərinin  əsas  genetik  əlamətləri  və 
xassələrinin (morfoloji, fizioloji, kultural, biokimyəvi, patogenetik, antigenlik və 
s.)  dəyişilməsi  mexanizmi  və  dinamikasını  öyrənmək  üçün  təcrübə  heyvanları 
(ağ  siçan,  hind  donuzu,  göyərçin,  toyuq,  ada  dovşanı,  qoyun)  üzərində  bioloji 
sınaq  qoyulmasından,  mikroorqanizmlərin  onların  orqanizmindən  passaj 
olunmasından və attenuasiyasından geniş istifadə edilmişdi 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin