Fяxrяddиn mustafayev



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə83/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   284
 
 
Səfərov Kəbutər Mirzəbala Oğlu  
(1911-1981) 
 
Azərbaycanda  ilk  dəfə  olaraq  kənd  təsərrüfatı  heyvanlarının  (qaramal, 
camış,  qoyun,keçi)  ən  təhlükəli  zooantroponoz  sayılan  leptospiroz-infeksion 
sarılıq xəstəliyinin etioloji, epizootoloji, epidemioloji, kliniki, patoloji-anatomiki 
xüsusiyyətlərinin,  patogenezi,  diaqnostika  və 
profilaktikasının, 
onun 
törədicisinin 
patogenlik,  virulentlik  xassələrinin,  eləcə  də 
heyvanların  həmin  törədiciyə  həssaslığının, 
davamlılığının  öyrənilməsi  ilə  məşğul  olan 
professor,  baytarlıq  təbabəti  elmləri  doktoru 
Kəbutər  Mirzəbala  oğlu  Səfərovun  ölkəmizdə 
baytarlıq  təbabəti  elminin  tərəqqisində, 
inkişafında  və  yüksək  ixtisaslı  heyvandarlıq 
(zootexnik,  baytarlıq  təbabəti  həkimləri  və  s.) 
kadrlarının  hazırlanmasında  olduqca  böyük 
xidmətləri  olmuşdur. O,  1933-cü ildə  Moskva 
Zoobaytarlıq  İnstitutunun  baytarlıq  təbabəti 
fakültəsinə  daxil  olmuş,  1937-ci  ildə  həmin  institutu  bitirmiş,  1937-1938-ci 
illərdə Azərbaycan SSR Dövlət Sığorta İdarəsində baş baytar həkimi vəzifəsində  
işləmişdir. Alim 1938-1940-cı illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin 
«Epizootologiya  və  mikrobiologiya»  kafedrasında  assistent,  1940-1963-cü 
illərdə  kafedra  müdiri,  1954-1963-cü  illərdə  isə  «Epizootologiya  və 
zoogigiyena»  kafedrasının  müdiri  vəzifəsində  işləmiş,  1945-ci  ildə  namizədlik, 
1953-cü  ildə  isə  Moskvada  Ümumittifaq  Elmi  Tədqiqat  Baytarlıq  İnstitutunda 


 
52 
doktorluq dissertasiyasını müdafiə etmişdir. O, 1947-ci ildə «Epizootologiya və 
zoogigiyena»  kafedrasının  dosenti,  1954-cü  ildən  isə  «Epizootologiya»  kafed-
rasının professoru təsdiq edilmişdir. K.Səfərovun 50-dən artıq elmi əsəri vardır, 

cümlədən 
Azərbaycan 
dilində 
―Ümumi  epizootologiya―,  ―Xüsusi 
epizootologiya‖  dərsliklərinin  və  çoxlu  sayda  dərs  vəsaitlərinin  ilk  müəlliflə-
rindəndir.    Alim  1963-cü  ildən  1989-cu  ilə  qədər  respublika  Kənd  Təsərrüfatı 
Nazirliyində  elmi  işlər  üzrə  baş  idarənin  rəisi  vəzifəsində  işləmiş,  baytarlıq 
təbabəti  mikrobiologiyası  və  epizootologiya  üzrə  çoxlu  sayda  namizədlik  və 
doktorluq dissertasiyalarına rəhbərlik etmişdir. 
 
 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin