1957-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Zootexniklik
fakültəsini bitirmiş, genetik, kənd təsərrüfatı elmləri doktoru, professor Turabov
Turan Mirzə oğlunun bütün nəzəri və praktiki əhəmiyyətli elmi-tədqiqat işləri
camışların bioloji, genetik, morfoloji və təsərrüfat xüsusiyyətlərinin
öyrənilməsinə həsr olunmuşdur. O, 1964-cü ildə ―Azərbaycan camışlarının
məhsuldarlıq-tipoloji xüsusiyyətlərinə görə qiymətləndirilməsi‖ mövzusunda
dissertasıya işini müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi
almış, 1966-cı ildən etibarən ADAU-nun «Kənd təsərrüfatı heyvanlarının
yetişdirilməsi və genetikası» kafedrasında dosent və professor vəzifəsində
işləmişdir. Alim 1992-ci ildə ―Qafqaz camış cinsinin Azərbaycanda südlük
istiqamətdə yetişdirilməsinin genetik əsaslarının
öyrənilməsi‖ mövzusunda doktorluq dissertasiyasını
Sankt-Peterburq Kənd Təsərrüfatı Heyvanlarının
Yetişdirilməsi
və
Genetikası
Elmi
Tədqiqat
İnstitutunun Elmi şurasında müvəffəqiyyətlə
müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru
elmi dərəcəsi, az sonra ona professor elmi rütbəsi
verilmişdir. T.Turabov 40 il müddətində həm
pedaqoji işlə, həm də elmi axtarışla məşğul olmuş,
130-a qədər elmi məqalə, tədris-metodiki vəsaitlər,
kitabçalar, «Biometriyanın heyvandarlıq təcrübəsində
tətbiqi» (1971), «Qafqaz camış cinsinin genetik parametrləri və seleksiya işində
onlardan istifadə» (1971), «Genetik məsələlər və onların həll olunma qaydası»
(1980), «Kənd təsərrüfatı heyvanlarının xüsusi genetikası», I və II– hissələr (1982,
1983), «Qafqaz camış cinsində seleksiya-damazlıq işləri» (1991), «Kənd
təsərrüfatı heyvanlarının genetikasından praktikum» (1994) və ―Camışçılıqda da-
mazlıq işi‖ adlı monoqrafiyasını nəşr etdirmişdir. Alim öz korifey müəllimləri
Ağaxan Ağabəyli və Zülfüqar Verdiyevin elmi irsinin layiqli davamçısı sayılır.