Fяxrяddиn mustafayev


Məmmədov Abbasəli Qasım oğlu



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə89/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   284
Məmmədov Abbasəli Qasım oğlu  
(1925-1990) 
 
Biologiya  elmləri  doktoru,  professor  Abbasəli 
Qasım   oğlu Məmmədov helmintologiya elmi sahə-
sində  görkəmli  alim  olmuşdur.  O,  özünün  elmi  və 
elmi-praktiki  əhəmiyyətli  əsərləri  və  baytarlıq 
praktikasında  geniş  tətbiq  olunan  tövsiyələri, 
tədbirləri  ilə  Azərbaycanda,  keçmiş  SSRI-də  və  bir 
çox  xarici  ölkələrdə  görkəmli  tədqiqatçı  kimi 
tanınmışdır. 
A.Məmmədov 
1955-58-ci 
illərdə 
Azər.ETBI-nun  aspirantı  olmuş,  "Camış  və  zebuların  helmint  faunasının 


 
57 
öyrənilməsinə  aid"  tədqiqat  işləri  aparmış  və  1959-cu  ildə  Azərbaycan  Dovlət 
Universitetində  namizədlik  dissertasiyasını  müvəffəqiyyətlə  müdafiə  etmişdir. 
A.Məmmədovun  tədqiqatları  əsasında  qaramal,  camış  və  zebularda  92  növ 
helmint  aşkar  edilmişdir.  Qaramalda  tapılan  83  növün  36-sı  camışlarda,  50 
növün  28-i  zebularda,  50  növün  23-ü  Azərbaycanda  ilk  dəfə  qeydə  alınmışdır. 
Qaramalda  tapılan  3,  camışda-  24,  zebuda  isə  23  növ  helmint  keçmiş  SSRI 
ərazisində  ilk  dəfə  olaraq  müəyyən  edilmişdir.  Qaramalda  aşkar  edilmiş  5  növ 
Kooperiya  azərbaycanika,  Nematodirus  aznivi,  Setariya  Assaqovi,  S.Qaqarini, 
Trixosefalus yerşovi, camışda isə I növ Parakoperiya retri helmintləri elmdə ilk 
dəfə qeydə alınmışdır. A.Məmmədovun tədqiqatları əsasında qaramal 12, camış 
16,  zebu  isə  15  növ  helmint  üçün  yeni  sahib  kimi  müəyyən  edilmişdir.  A. 
Məmmədov  1969-cu  ildə  "Azərbaycanda  qaramalın,  camışların  və  zebunun 
helmint  faunası  komplekslərinin  ekoloji-coğrafi  təhlili  və  bu  heyvanların 
helmintozları  ilə  mübarizənin  gələcək  perspektivləri"  mövzusunda  Azərbaycan 
Dövlət  Universitetində  doktorluq  dissertasiyasını  müdafiə  etmişdir.  O,  1968-ci 
ildə balıq xəstəliklərıni öyrənən şöbəyə müdir təyin edilmişdir. A.Məmmədovun 
təşəbbüsü  ilə  balıqların  parazitar  xəstəliklərinin,  xüsusilə  respublikanın 
balıqçılıq  təsərrüfatında,  zavodlarında  və  su  hövzələrində  öyrənilməsinə  aid 
məqsədyönlü  tədqiqatların  aparılması  təşkil  edildi.  Onun  rəhbərliyi  ilə 
monogenetik  və  dinegetik  sorucu  qurdların  –  daktilokiroz,  kirodaktioloz, 
postdıplamatoz,  kematozların  törətdiyi  –  filometriozoz  tikanbaşlı  qurdların 
törətdiyi  xəstəliklərin  törədicilərınin  bioekoloji  xüsusiyyətlərinin  öyrənilməsi, 
epizootoloji  vəziyyətın  araşdırılmasına  həsr  edilmiş  eksperimental  və  istehsalat 
şəraitində  tədqiqat  və  təcrübələr  aparılmışdır.  Göstərilən  xəstəliklərə  qarşı 
kimyəvi  preparatların  işlədilməsi  qaydaları  öyrənilmiş,  ümumi  profilaktiki 
tədbirlər  hazırlanmışdır.  A.Məmmədovun  laboratoriya  əməkdaşları  ilə  bırlikdə 
tərtib etdiyi "Azərbaycanın balıqçılıq su hövzələrində balıqların başlıca parazitar 
xəstəliklərinin  yayılması,  kartoqran  və  onlarla  mübarizə  üsulları"    icmalarında 
on  illik  tədqiqat  və  təcrübələrin  nəticələri  verilmiş  və  bunlar  böyük  elmi  və 
praktiki əhəmiyyət daşıyır. Sonralar o, laboratoriyada xəzdərili heyvanların, əsas 
qunduzların    xəstəliklərinin  öyrənilməsini  təşkil  etmişdir.  A.Məmmədov 
əməkdaşları ilə birlikdə balıq və nutri xəstəliklərinın Azərbaycanda bioekoioji və 
epizootoloji  xüsusiyyətləri  və  onlarla  mübarizəyə  aid  çox  dəyərli  tövsiyələr 
hazırlamış,  onlar  elmi-texniki  şurada  təsdiq  edilmiş  və  hazırda  həmin 
xəstəliklərlə  mübarizə  işındə  geniş  istifadə  olunur.  O,  respublikada 
helmintozlara qarşı kompleks tədbirlər planının hazırlanmasında digər alimlərlə 
birlikdə  (S.M.Əsədov,  H.H.Hacıyev,  İ.Ə.Sadıxov)  iştirak  etmişdir.  "Qaramalın 
fippozunun və kənd təsərrüfatı heyvanlarının paramfitomozunun ləğv edilməsinə 
aid kompleks tədbirləri"  Ümumittifaq xalq təsərrüfatı sərgisində bürünc medala 
layiq görülmüşdür.  
A.Məmmədov elmi-texniki şurada təsdiq edilmiş 14 işin hazırlanmasın- da 
və tətbiq edilməsində də iştirak etmişdir. Onun 181 elmi məqalə və digər əsərləri 
dərc edilmişdir. Bunlardan "Kənd təsərrüfatı heyvanların fassiolyozu və onlarla 
mübarizə" (A.C.Qayıbovla birlikdə), "Camış və zebuların helmıntozları", "Azər-


 
58 
baycanda kənd təsərrüfatı heyvanlarının helmint və helmintozların zonalar  üzrə 
yayılması  və  helmintozlarla  mübarizənin  gücləndirilməsi  üçün  təkliflər‖ 
(S.M.Əsədov  və  b.,  1975),  "Zoonoz  helmintozlar"  (1981),  "Baytarlıq 
parazitologiyası"  (1986,  H.H.Hacıyev  və  b.)  kitablarıı  göstərmək  olar. 
A.Məmmədovun  elmi  kadr  hazırlığında  da  fəaliyyəti  diqqətəlayiqdir.  Onun 
rəhbərliyi ilə 5 eimlər namizədi hazırlanıb. Elmi kadr hazırlığı məsələsində onu 
17  doktorluq  və  çoxlu  namizədlik  dissertasiyası  işlərində  rəsmi  opponent  kimi 
çıxış  etməsi,  Azərb.ETBİ-nin  və  Zoologiya  Institutunun  müdafiə  üzrə 
ixtisaslaşdırılmış  şuralarında  fəal  iştirak  etməsi,  80-dən  çox  dissertasiya 
avtoreferatlarına  rəy  verməsi  müsbət  cəhət  kimi  qeyd  edilməlidir.  l99l-ci  ildə 
A.Məmmədov  "Azərbaycanda  kənd  təsərrüfatı  heyvanları,  quş  və  balıqların 
başlıca  parazitar  xəstəliklərini  profilaktikasının  elmi  əsaslarının  işlənilmə  və 
tətbiqi"  adlı  fundamental  işlər  silsiləsinə  görə  bir  qrup  alimlə  birlikdə 
Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. 
 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin