56
Baytarlıq təbabəti elmləri doktoru, professor, Əməkdar Elm Xadimi, Qədimov Raul
Abdulla oğlu 1966-cı ildə ADAU-nun «Epizootologiya və mikrobiologiya» kaferdasının
assistenti, 1967-ci ildə isə dosenti seçilmiş, 1970-1972-ci illərdə elmi katib, 1972-1978-ci
illərdə elmi işlər üzrə prorektor vəzifələrində işləmişdir. O, "Qoyunların infeksion
xəstəliklərinə qarşı kompleks assosiasiyalı vaksinasiyanın effektivliyinin öyrə-
nilməsi(nəzəri əsaslarla)" mövzusunda elmi-tədqiqat işini yekunlaşdıraraq 1976-cı ildə
doktorluq dissertasiyasını müdafiə edib baytarlıq elimləri doktoru alimlik dərəcəsi almışdır.
R. Qədimov 1978-ci ildə keçmiş SSRİ Kənd Təsərrüfatı Nazirliyi yanında Tədris-
Metodika Şurasının üzvü seçilmiş və həmin il ADAU-nun «Epizootologiya və
mikrobiologiya» kafedrasının müdiri təyin edilmiş, 1990-1995-ci illərdə onun rektoru
vəzifəsində çalışmışdır. Alimin işlədiyi tədqiqat əsərlərindən "Kənd təsərrüfatı
heyvanlarının infeksion xəstəliyinə qarşı müqavimətin artırılması" (1964), "Baytarlıqda
toxuma biostimulyatorunun tətbiqi" (1972), "Heyvanların infeksion xəstəliklərinə qarşı
immunobioloji reaktivliyinə antibiotiklərin təsiri" (1977), "Heyvanların immunoloji
reaktivliyinə naftalanın təsiri" (1979), "Qoyunların immunobioloji reaktivliyinə selenin
təsiri, «Klostridioza qarşı peyvəndləmə" (1982, 1988), "Zebu və onun hibridlərinin təbii
müqavimətinin öyrənilməsi" (1983) və s. göstərmək olar. O, anaerob infeksiyalar zamanı
yüksək temperaturun, rütubətli havanın immunitetə təsirini öyrənmiş və yüksək tempe-
raturlu regionlarda qoyunların peyvəndlənməsinin sxemini hazırlamışdır. Alimin bu
sahədə yazdığı elmi əsərlər içərisində "Anaerob infeksiya zamanı yüksək temperaturlu,
rütubətli havanın immunitetə təsiri" (1979), "Qoyunların immunobioloji reaktivliyinə
temperaturun təsiri" (1982), "Ətraf şəraitdə yüksək temperaturun qanın biokimyəvi
xüsusiyyətlərinə təsiri" (1987), "Ətraf mühitin yüksək temperaturunun quşlarda
immunitetin formalaşmasına təsiri" və s. göstərmək olar. R. Qədimov 400-ə yaxın elmi
əsərin, o cümlədən 22 dərslik və dərs vəsaitinin, xeyli metodik tövsiyələrin, monoqrafi-
yaların müəllifi olmuşdur. Alimin əsərləri ABŞ, Türkiyə, Almaniya, Meksika, Argentina,
Fransa, Polşa və Macarıstan kimi ölkələrin elmi ictimaiyyəti arasında geniş maraq
doğurmuşdur. O, 1979-cu ildə XXI Beynəlxalq Baytarlıq Konqresində iştirak etmiş, 1984-
cü ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Elmi-Texniki Şuranın, 1985-ci ildə
elmi adların verilməsi üzrə Cənubi Qafqaz Şurasının, 1987-ci ildə Ümumittifaq Kənd
Təsərrüfatı Akademiyasının üzvü, 1995-ci ildə Rusiya Aqrar Elm və Təhsil
Akademiyasının həqiqi üzvü, akademiki seçilmişdir.
Dostları ilə paylaş: