Azərbaycanda baytarlıq təbabəti kadrlarının
hazırlanmasında olduqca önəmli xidmətləri olan
məşhur alim və pedaqoq, baytarlıq elmləri doktoru,
professor Hacı Quliyev 1941-ci ildə Gəncə şəhərində
fəaliyyət göstərən 2 illik Pedaqoji İnstituta daxil olub,
1943-cü ildə həmin institutu fərqlənmə diplomu ilə
bitirərək Azərbaycan Dövlət Aqrar Universitetinin
baytarlıq təbabəti fakültəsinə qəbul olmuş və 1943 –
1948-ci illərdə AKTİ tələbə. 1948-ci ildə əla
qiymətlərlə təhsilini başa çatdırmışdır. O, 1948-ci ildə baytarlıq təbabəti
fakültəsində ―Kənd təsərrüfatı heyvanlarının cərrahiyyəsi‖ kafedrasında həmin
ixtisas üzrə aspiranturaya daxil olub, 1949 – 1951-ci illərdə aspirantura
(vaxtından əvvəl) müdafiə edib. 1951-ci ildə kafedrasında assistent. 1951-ci ildə
namizədlik dissertasiyasını müdafiə etmiş və baytarlıq elmləri namizədi elmi
dərəcəsi almış, 1951-ci ildə ―Anatomiya və histologiya‖, 1952 – 1954-cü illərdə
―Cərrahiyyə və mamalıq‖ kafedrasında assistent, 18 may 1954 – 1964-cü illərdə
isə dosent vəzifələrində işləmişdir. H.Quliyev 25 oktyabr 1964-cü ildən həmin
kafedranın müdiri vəzifəsində çalışmış, 1969-cu ildə Xarkov Baytarlıq
İnstitutunun elmi şurasında doktorluq dissertasiyasını müdafiə edərək baytarlıq
elmləri doktoru elmi dərəcəsi, 19 iyun 1970-ci ildə Ali Attestasiya komitəsi
qərarı ilə Baytarlıq elmləri doktoru, 19 mart 1971-ci ildə isə kafedrada professor
elmi adını almış, uzun müddət baytarlıq təbabəti fakültəsinin dekanı vəzifəsində
işləmişdir. Onun baytarlıq təbabətinin aktual problemlərinə həsr olunan elmi
əsərləri həm nəzəri, həm də prakriki cəhətdən xüsusi əhəmiyyətə malikdir. 23
fevral 1980-ci ildən – 1982-ci ilədək fakültə dekanı.