Məşhur alim, baytarlıq təbabəti və biologiya
elmləri doktoru, professor Əmir Əhmədovun
milli kənd təsərrüfatı və biologiya elmimizin
inkişafında çox böyük, təqdirəlayiq xidmərləri
olmuşdur. 1944 – 1946-ci illərdə AKTİ – tələbə.
O, 1944-cü ildə Azərbaycan Dövlət Aqrar
Universitetinin baytarlıq təbabəti fakültəsinə
qəbul olmuş və II kursu bitirdikdən sonra 1946-cı
ildə akademik K.I.Skryabin adına Moskva Bay-
tarlıq və Biotexnologiya Akademiyasının baytar-
lıq təbabəti fakültəsində təhsilini uğurla davam etdirərək 1947 – 1949-cu illərdə
(Moskva Baytarlıq tələbə Akademiyası) 1949-cu ildə həmin fakültəni fərqlənmə
diplomu ilə bitirmiş və əyani aspiranturaya daxil olmuşdur. Alim namizədlik və
doktorluq dissertasiyalarını müdafiə etdikdən sonra ADAU-nun baytarlıq
təbabəti fakültəsinin ―Baytar – sanitar ekspertizası‖ kafedrasının müdiri vəzifə-
sində çalışmış və həmin fənn üzrə ilk ali məktəb dərsliklərinin müəllifi
olmuşdur. Sonralar əmək fəaliyyətini Bakı ali məktəblərində davam etdirən alim
yenidən doğma Gəncə şəhərinə qayıdaraq ömrünün sonunadək Azərbaycan
Texnologiya Universitetində kafedra müdiri vəzifəsində işləmişdir. Ə.
Əhmədovun rəhbərliyi ilə çoxlu sayda elmlər namizədi və doktorları hazırlan-
mışdır. Onun fundamental xarakterli elmi əsərləri Rusiya Federasiyasının
jurnallarında və elmi külliyatlarında nəşr olunmuşdur. 1949 – 1951-ci illərdə
Moskva Baytarlıq Akademiyada aspirantura. 1951-ci ildə Namizədlik disserta-
siyası, 1952-ci ildə AKTİ-da assistent, 1954-cü ildən dosent, 1958-ci ildə doktor
müdafiə edib. 1960-ci ildə Qida gigiyenasına aid beynəlxalq kompresdə iştirak
edib. 1952 – 1961-ci illərdə AKTİ-da Mikrobiologiya və baytarlıq sanitariya
ekspertiza kafedrasının müdiri. 1961-ci ildə Özbəkistan KTİ kafedrasının müdiri
(Səm. KTİ). 17 may 1961-ci ildə kafedranın
professoru.