1939 – 1943-cı illərdə AKTİ-da tələbə.
Azərbaycanda
kənd
təsərrüfatı
kadrlarının
hazırlanmasında baytarlıq təbabəti elmləri
doktoru, professor Ənvər Xəlilovun olduqca
böyük xidmətləri olmuşdur. O, 1943-cü ildə
Azərbaycan
Dövlət Aqrar Universitetinin
baytarlıq təbabəti fakültəsini fərqlənmə diplomu
ilə bitirərək həmin ildə aspiranturaya daxil
olmuş, 1946-cı ildə vaxtından əvvəl namizədlik
dissertasiyasını müdafiə etmişdir. Alim 1946-cı ildən etibarən ADAU-nun
―Patoloji anatomiya və histologiya‖ kafedrasının müdiri vəzifəsində çalışmışdır.
1950-cı ildə Dosent, patoloji anatomiya, patoloji fiziologiya, farmakologiya və
parazitologiya kafedrasının müdiri. O, 1965-ci ildə (VİEV) Ümumittifaq
Eksperimental Baytarlıq İnstitutunun elmi şurasında ―Qoynların listeriozu‖
mövzusunda doktorluq dissertasiyası müdafiə edərək baytarlıq elmləri doktoru
elmi dərəcəsi, 1967-ci ildə isə professor elmi adını almışdır. Ə.Xəlilovun
rəhbərliyi ilə 3 elmlər doktoru və 4 elmlər namizədi hazırlanmışdır. Alim
ADAU-nun yerli komitəsinin sədri olmuş, bir neçə ictimai vəzifələrdə çalışmış
və dəfələrlə təltif edilmişdir. Onun elmi əsərləri Rusiya Federasiyası və s.
ölkələrin jurnallarında və külliyyatlarında nəşr olunmaqla, beynəlxalq konqres,
konfrans, simpozium və seminarlarda elmi və praktiki əhəmiyyəti olan
məruzələrlə çıxış etmişdir. 1984 – 1989 –cu illər – fakültə dekanı.