Fяxrяddиn mustafayev


Axundov Cahangir Mehdi oğlu



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə84/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   284
Axundov Cahangir Mehdi oğlu  
(1906-1978) 
 
     Heyvandarlıq  və  südçülük  elmləri  sahəsində  taninmiş,  məhşur  və 
görkəmli  alim  professor  Cahangir  Mehdi  oğlu  .Axundov  1916-cı ildə  birpilləli, 
1925-ci ildə isə ikipilləli məktəbi bitirərək, elə 
həmin 
ildə 
Azərbaycan 
Respublikası 
Politexnik 
İnstitutunun  kənd  təsərrüfatı 
fakültəsinə  qəbul  olunmuş  və  1930-cu  ildə 
institutu  müvəffəqiyyətlə  bitirmişdir.  İnstitutu 
bitirdikdən  sonra  C.Axundov  hazırlıqlı  və 
istedadlı  məzun  kimi  Moskva  şəhərində 
Ümumittifaq 
Elmi-Tədqiqat 
Südçülük 
Sənayesi  institutunun  aspiranturasına  qəbul 
olunmuşdur. 
1933-cü 
ildə 
aspiranturanı 
bitirdikdən  sonra  yüksək  ixtisaslı  mütəxəssis 
kimi,  o,  ADAU-nun  ―Südçülük‖  kafedrasına 
dosent  vəzifəsinə  seçilir  və  1937-ci  ildən  isə 
həmin  kafedranın  müdiri  vəzifəsinə  irəli  çəkilir.  C.Axundov  1938-ci  ildə  kənd 
təsərrüfatı elmləri namizədi, 1939-cu ildə isə dosent elmi adına layiq görülür. O, 
Azərbaycanda südçülük elminin əsasını qoyan, onu inkişaf etdirən ilk və yeganə 
alimlərdən  biridir.  Alim  Respublikamızda  camış  südünün  kimyəvi  tərkibini, 
fıziki,  bioloji  və  texnoloji  xüsusiyyətlərini  dərindən  öyrənmiş  və  1960-cı  ildə 
müvəffəqiyyətlə elmi işi müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru alimlik 
dərəcəsinə  layiq  görülmüşdür.  Ümumittifaq  Ali  Attestasiya  Komissiyası 
tərəfindən  1961-ci  ildə  ona  professor  adı  verilmişdir.  C.  Axundov  ölkəmizdə 
aqrar  elmi  kadrlarının  hazırlanmasında  fəal  iştirak  etmişdir.  Onun  rəhbərliyi 
altında  12  aspirant  və  dissertant  namizədlik  dissertasiyalarını  müdafiə  etmiş,  2 
doktorluq  dissertasiyasına  məsləhətçi  olmuşdur.  C.Axundov  120-dən  artıq  elmi 
məqalə,  tədris-metodiki,  kütləvi  kitabçaların,  o  cümlədən  7  dərslik  və  dərs 
vəsaitinin  müəllifıdir.  Keçmiş  Sovetlər  Birliyinin  şəhərlərində  ixtisası  üzrə 
keçirilmiş  müşavirə  və  konfranslarda  fəal  iştirak  etmişdir.  1959-cu  ildə 
Londonda  keçirilən  XV  Beynəlxalq  Südçülük  Konqresinin  iştirakçısı  olmuş  və 


 
53 
"Camış  südündən  pendirçilik  sənayesində  səmərəli  istifadə  edilməsi  yolları" 
mövzusunda  məruzə  etmişdir.  Professor  C..Axundov  ―Qafqaz‖  camış  cinsinin 
yaradılmasında  fəal  iştirak  etmiş  müəlliflərindən  biri  kimi  SSRİ  Kənd 
Təsərrüfatı Nazirliyi tərəfindən mükafatlandırılmışdır. Tədris, tədris-metodiki və 
elmi-tədqiqat  işləri  ilə  yanaşı,  1933-cü  ildən  başlayaraq  fədakarlıqla  çalışan  və 
öz  mənalı  həyatını  belə  bir  şərəfli  sahəyə  həsr  edən  C.Axundov  1934-1935  və 
1949-1951-ci illərdə ADAU-nun zootexniklik fakültəsinin dekanı, 1938-1941-ci 
illərdə isə həmin universitetin aspirantura şöbəsinin müdiri, 1944-1947-ci illərdə 
Azərbaycan  Heyvandarlıq-Təcrübə  Stansiyasında  baş  elmi  işçi,  1942-1975-ci 
illərdə  33  il  müddətində  "Kənd  təsərrüfatı  heyvanlarının  yemləndirilməsi  və 
südçülük  işi"  kafedrasının  müdiri,  1962-1963-cü  illərdə  Tədris  İşləri  üzrə  pro-
rektor  vəzifələrində  işləmişdir.  C.Axundovun  elmi-pedaqoji  fəaliyyəti  və 
Respublikanın  aqrar  elminin  inkişaf  etdirilməsindəki  xidmətləri  Azərbaycan 
Dövləti  tərəfindən  yüksək  qiymətləndirilərək  ona  1966-cı  ildə  Azərbaycan 
Respublikasının  "Əməkdar  Elm  Xadimi"  adı  verilmişdir.  O,  orden,  medal  və 
fəxri fərmanlarla mükafatlandırılmışdır.  
 
 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin