Fяxrяddиn mustafayev



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə81/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   284
 
 
Axundov Mirəli Abdulla oğlu  
(1902-1992) 
 
Milli  biologiya,  xüsusilə  genetika  elmimizin 
banilərindən  biri,  tanınmış,  korifey  alim,  biologiya 
elmləri  doktoru,  professor,  Əməkdar  Elm  Xadimi 
Mirəli  Abdulla  oğlu  Axundov  məşhur  genetiklər 
A.S.Serobrovski  və  N.K.Koltsovun  rəhbərliyi  ilə 
xromosomlarda 
krossinqover 
hadisəsinin 
öyrənilməsi  ilə  məşğul  olmuş  və  elmi-praktiki 
əhəmiyyətli nəticələrə nail olmuşdur. Onun sonrakı 
elmi-tədqiqat  işləri  ev  quşlarının  növ  və  cins 
tərkibinin  genetik  cəhətdən  öyrənilməsinə,  ontogenezdə  differensiasiya 
olunmasına,  bioloji  aktiv  maddələrin  təsirinin  araşdırılmasına  həsr  edilmişdir. 
Alim 1937-ci ildə BDU-da ilk «Genetika və darvinizm» kafedrasını təşkil etmiş, 


 
50 
1988-ci ilədək onun rəhbəri olmuş və həmin kafedranın nəzdində Zaqafqaziyada 
yeganə olan «Təkamül təlimi» muzeyini yaratmışdır. Onun elmi yaradıcılığının 
əsas incisi XI-XIX-əsrlərdə Azərbaycanda bioloji fikrin inkişafı tarixinin tədqiq 
edilməsidir. Müəllif faktlara əsaslanaraq sübut etmişdir ki, N.Gəncəvi, M.Fizuli, 
Ə.  Xaqani,  H.Zərdabi,  M.F.Axundov  kimi  klassiklər  bir  sıra  tibbi  və  bioloji 
fikirləri  ilə  zamanı  qabaqlamışlar.  Bu  sahədə  onun  20  məqaləsi  və  2 
monoqrafiyası  çap  edilmişdir.  M.Axundov  «Genetika»,  «Təkamül  təlimi», 
«Biologiyaya  giriş»,  «Darvinizm»,  «Darvin  təliminin  əsasları»,  «Yer  üzərində 
həyatın mənşəyi və inkişafı» kimi dərslik və dərs vəsaitlərinin, «Gənc quşçulara 
məsləhət»,  «Okeanda  bir  damla»,  «Nəğməli  və  bəzəkli  quşlar»  kitablarının, 
ümumilikdə  isə  200-dən  çox  elmi  əsər  və  məqalələrin  müəllifidir. Alimin  elmi 
irsi  genetik  olaraq  övladlarına  da  sirayət  etmişdir.  Oğlu  Fuad  Axundov  və  qızı 
Ellada  Axundova  da  professor  elmi  adı  almış  və  atalarının  elmi  irsini  davam 
etdirmişlər.  M.  Axundovun  rəhbərliyi  ilə  ölkəmizdə  genetika  elmi  sahəsində 
çoxlu sayda elmlər namizədi və doktoru hazırlanmışdır. 
 
 
 Səfərov Yunis BaxĢəli oğlu  

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin