Fяxrяddиn mustafayev


ġirinov Nəriman Mikayıl oğlu



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə79/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   284
 
ġirinov Nəriman Mikayıl oğlu  
(1929-2006) 
 
Azərbaycanda  baytarlıq  təbabəti,  xüsusilə 
parazitologiya  elminin  inkişafında  böyük  xid-
mətləri  olan  alimlərimizdən  biri  də  akademik 
Şirinov  Nəriman  Mikayıl  oğlu  olmuşdur.  Alim 
1949-cu  ildə  ADAU-nun  baytarlıq  təbabəti 
fakültəsinə  daxil  olmuş,  1950-ci  ildə  Moskva 
Baytarlıq  Akademiyasının  baytarlıq  fakültəsinə 
köçürülmüş və 1954-cü ildə oranı bitirərək 1962-
ci  ildə  namizədlik,  1970-ci  ildə  isə  doktorluq 
dissertasiyalarını  müdafiə  etmişdir.  O,  1974-cü 
ildə professor adını almış, 1991-ci ildə SSRİ Kənd Təsərrüfatı Akademiyasının, 
1992-ci ildə Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının,  2001-ci ildə isə 
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  müxbir  üzvü  seçilmişdir.  N.Şirinov 
1957-1960-cı illərdə Azərbaycanda suda üzən ev quşlarının helmint və helmintozlarını 
öyrənərək  helmintologiya  elmini  yeni  məlumatlarla  zənginləşdirmişdir.  O,  quşlarda 


 
48 
(qaz və ördəkdə) 46 helmint növü, o cümlədən elm üçün 10 yeni növ, ördəklərdə 38, 
qazlarda 25 növ müəyyən etmişdir ki, onlardan da 13-ü keçmiş SSRİ-də, 39 növü isə 
Azərbaycanda ilk dəfə olaraq qeydə alınmışdır. Alim 1971-ci ildə Moskvada keçirilən 
Xalq  Təsərrüfatı  Nailiyyətləri  Sərgisinin  bürünc  medalına  və  fəxri  diplomuna  layiq 
görülmüşdür. O, SSRİ-də ilk dəfə neft tullantıları yə neft-kimya sintezi məhsullarının 
baytarlıqda  və  heyvandarlıqda  istifadə  etmək  üçün  öyrənilməsinə  dair  yaranmış 
problemin öyrənilməsinin vacibliyini sübut etmiş, 35 ildən çox qeyd olunan problemin 
öyrənilməsi ilə məşğul olmuş və bir elmi məktəb yaratmışdır. N.Şirinov 6 müəlliflik 
şəhadətnaməsinin,  175  elmi  əsərin,  2  monoqrafiyanın,  3  kitabın,  4  kitabçanın 
müəllifidir.  Onun  əsərlərindən  4-ü  Polşa,  Bolqarıstan  və  Macarıstanda  dərc  edilmiş, 
tərtib  etdiyi  "Baytarlıqda  neft  mənşəli  preparatlar"  monoqrafiyası  isə  1970-ci  ildə 
Moskvada "Kolos" nəşriyyatı tərəfindən buraxılmışdır. O, 1981-ci ildə «Şərəf nişanı» 
ordeni ilə təltif edilmiş, 1990-cı ildə ona Azərbaycan Respublikasının dövlət mükafatı 
laureatı adı verilmiş, 2001-ci ildə elmin inkişafında yüksək əməyinə görə Ümumittifaq 
Kənd  Təsərrüfatı  Elmləri  Akademiyasının  akademikləri  K.İ.Skryabin  və  N.S. 
Vışelesskinin  100  illiklərinə  həsr  edilmiş  xatirə  medalları  ilə  təltif  edilmişdir.  N. 
Şirinov  Azərbaycan  Elmi-Tədqiqat  Baytarlıq  İnstitutunda  direktor  olduğu  34  il 
müddətdə 11 elmlər doktoru, 62 elmlər namizədi hazırlamışdır. 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin