Cəfərov Məmmədtağı Ġbrahim oğlu (1936-2007) Ölkəmizdə aqrar sahə üzrə yüksək ixtisaslı
kadrların hazırlanmasında qədim tarixə malik
olan,milli elmimizin yaradıcıları – dünya şöhrətli
alimlərimizi yetişdirən, müqəddəs təhsil ocağı
ADAU-nun formalaşmasında, inkişafında, tərəqqi
və təşəkkülündə böyük işlər görən, məşhur alim,
elm xadimi, AMEA-nın həqiqi üzvü akademiki
Məmmədtağı İbrahim oğlu Cəfərovun olduqca
misilsiz xidmətləri olmuşdur. O, 1954-1959-cu
illərdə ADAU-nun aqronomluq fakültəsində təhsil
almış, 1964-cü ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1965-ci ildə kənd
təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. Alim 1964-1973-cü illərdə
ADAU-da assistent, dosent, professor 1973-1983-cü illərdə isə «Torpaqşünaslıq
və kənd təsərrüfatının meliorasiyası» kafedrasının müdiri vəzifələrində
işləmişdir. M.Cəfərov 1973-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək
kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsi almış, 1975-ci ildə isə ona
professor elmi adı verilmişdir. O, 1989-cu ildə Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü seçilmişdir. Alim 150-yə qədər elmi əsərin, çoxlu
sayda kitabın, o cümlədən monoqrafiya və dərsliklərin, dərs vəsaitlərinin
müəllifidir. M.Cəfərov 1983-1987 və 1995-2007-ci illərdə Azərbaycan Aqrar
Universitetinin rektoru vəzifəsində işləmiş, 1992-ci ildə Yeni Azərbaycan Par-
tiyası Siyasi Şurasının üzvü, YAP Gəncə Şəhər Təşkilatının sədri olmuşdur. O,
1994-cü ildə Azərbaycan Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya
İnstitutunda doktorluq dissertasiyasının müdafiəsi üzrə ixtisaslaşmış Elmi
Şuranın həmsədri olmuşdur. M.Cəfərov 2002-ci ildə Azərbaycan MEA-nın
həqiqi üzvü seçilmiş, səmərəli elmi fəaliyyətinə görə Azərbaycan Respublikası
Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına layiq görülmüş, «Şərəf nişanı»
ordeni və «Maarif əlaçısı» döş nişanı ilə təltif olunmuşdur. O, uzun illər
Azərbaycan Ziyalılar Cəmiyyətinin sədri, Yeni Azərbaycan Partiyası Siyasi
Şurasının üzvü olmuşdur.Böyük alim, xeyirxah və tarixi şəxsiyyət M.Cəfərovun
milli kənd təsərrüfatı və torpaqşünaslıq elmlərinin inkişafındakı xidmətləri elm
və təhsilimizin tarixinə qızıl hərflərlə həkk olunub.