43
genetikası» kafedrasının müdiri vəzifəsində çalışmışdır. Onun 1978-ci ildə
Dehlidə keirilən beynəlxalq simpoziumdakı Hindistanın «Murrah» və
Azərbaycanın «Qafqaz» camış cinslərinin çarpazlaşdırılmasının nəticələrinə həsr
olunmuş məruzəsi böyük bir sensasiya törətmişdir. Alimin yaradıcılığının əsas
qayəsini müxtəlif növə malik olan genefondların (qaramal, zebu, camış, dovşan,
qunduz və s.) seleksiya ilə yaxşılaşdırılması və yüksək məhsullar cinslərin
yaradılması təşkil etmişdir. O, həm də yeni yüksək yağlı-südlü «Azərbaycan
camışı» cinsini yaratmış, yerli zebu, onun hibridləri, cersey qaramal cinsinin
müxtəlif cinslər ilə dönmələri üzərində tədqiqatlar aparmış, onların məhsuldarlıq
keyfiyyətlərinin genetik xüsusiyyətlərini öyrənməklə məhsuldarlığı artırmaq
üçün proqnoz-diaqnostik tədbirlər hazırlamışdır. Onun rəhbərliyi ilə 50-dən çox
namizədlik və onlarla doktorluq disserasiyası müdafiə edilmişdir. A.Ağabəylinin
elmi-pedaqoji irsi sanki genetik olaraq öz övladlarına da bəxş olunmuşdur. Qızı
Rəna Ağabəyli biologiya elmləri doktoru, professordur, atasının biologiya
sahəsindəki elmi irsinin davamçısıdır, onun həyat yoldaşı Urxan Ələkbərov isə
biologiya elmləri doktoru, professor və akademikdir.
Dostları ilə paylaş: