Fяxrяddиn mustafayev


Mustafayev Ġmam DaĢdəmir oğlu



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə70/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   284
Mustafayev Ġmam DaĢdəmir oğlu 
(1910-1997) 
 
Ölkəmizdə taxılçılıq sahəsində seleksiya işlərinin 
aparılmasında,  yeni  sortların  yaradılmasında,  onların 
genetik 
xüsusiyyətlərinin 
və 
genefondunun 
öyrənilməsində  korifey  alimimiz,  akademik  İ.D.Mus-
tafayevin  misilsiz  xidmətləri  olmuşdur.  O,  elmi 
fəaliyyətinin səmərəsinə və bu sahədəki nailiyyətlərinə 
görə 1950-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. 
İ.  Mustafayev  1940-1954-cü  illərdə  Azərbaycan 
Dövlət Nəzarət Komissiyası sədrinin, Azərbaycan Xalq Torpaq Komissarının 1-
ci  müavini,  Azərbaycan  SSR  Kənd  Təsərrüfatı  Naziri,  Gəncə  Vilayət  Partiya 
Komitəsinin 1-ci katibi, Azərbaycan KP MK-nın katibi, 1954-1959-cu illərdə isə 
onun  1-ci  katibi  olmuşdur.  Onun  təşəbbüsü  ilə  1950-ci  ildə  Azərbaycan  Elmi 
Tədqiqat Əkinçilik və AMEA-nın Genetika və Seleksiya İnstitutları yaradılmış, 
1954-cü  ildən  ömrünün  sonuna  qədər  Genetika  və  Seleksiya  İnstitutunda  şöbə 
müdiri  və  direktor  işləmişdir.  İ.Mustafayevin  elmi-tədqiqat  işləri  yerli  buğda, 
arpa,  çovdar  və  egilopsların  toplanması  və  onların  genetik,  seleksiya  və 
təsərrüfat 
xüsusiyyətlərinin 
öyrənilməsinə,  yeni  məhsuldar  sortların 


 
41 
yaradılmasmına  həsr  olunmuşdur.  Seleksiya  və  hibrid  materiallarının  ekoloji 
zonal  yoxlanması  üsulları  da  ilk  dəfə  İ.Mustafayev  tərəfindən  işlənib 
hazırlanmışdır. O, bir sıra bol məhsul verən yüksək keyfiyyətli buğda sortları – 
"Sevinc",  "Cəfəri",  "Zoğal  buğda",  "Turanikum-186",  "Turgidum-7",  "Qızıl 
bugda",  "Bol  bugda",  "Arzu"  və  s.  yaratmışdır.  Alim  bir  sıra  elmi  əsərlərin,  o 
cümlədən 6 monoqrafiyanın müəllifidir, SSRİ və Azərbaycan SSR Ali Sovetinin 
deputatı  olmuşdur.  Elmi  yaradıcılıq  fəaliyyətinə  görə  N.İ.Vavilov  adına  qızıl 
medal,  Xalq  Təsərrüfatı  Nailiyyətləri  Sərgisinin  3  böyük  qızıl  medalı,  "Qırmızı 
Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir. 
 
 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin