Fяxrяddиn mustafayev



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə87/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   284
 
 
 
 
 
Rüstəmov Rüstəm Bəhram oğlu 
(1925-2007) 
 


 
55 
Azərbaycanda  kənd  təsərrüfatı  heyvanlarının  anatomiyasının  və  morfologi-
yasının öyrənilməsi sahəsində ilk elmlər doktoru, professor Rüstəm Bəhram oğlu 
Rüstəmovun baytarlıq təbabəti həkimləri və zootexniklərin hazırlanmasında çox 
böyük xidmətləri olmuşdur. R.B.Rüstəmov sabiq SSRİ məkanında görkəmli an-
atom  və  morfoloq  kimi  tanınmış  və  şöhrətlənmiş  bir  alim,  elm  xadimi  idi.  O, 
1949-cu  ildə  ADAU-nin  baytarlıq  təbabəti  fakültəsini  bitirib,  Sankt-Peterburq 
Baytarlıq İnstitııtunun "Cərrahiyyə" kafedrasının aspiranturasına daxil olmuşdur. 
Alim  1953-cü  ildə  ―Atların  çanaq-bud  oynağının  arterial  qan  təchizatı  və 
çanaqətrafı  oynaqlarının  toxumlarının  onurğa  beynin  novokain  blokadası 
fonunda  keçiriciliyi"  mövzusunda  namizədlik  dissertasiyası  müdafiə  etmiş, 
1953-1962-ci  illərdə  "Anatomiya"  kafedrasında  əvvəlcə  assistent,  sonra  isə 
dosent  vəzifəsində  çalısmışdır.  R.Rüstəmov  1962-ci      ildə      Sankt-Peterburq   
Baytarlıq  İnstitutunun  doktoranturasına  daxil  olmuş  və  1965-ci  ildə  "Camış, 
qaramal  və  qoyunların  çanaqətrafı  əzələlərin  arterial  qan  təchizatı  və  onların 
damar-sinir  zonaları‖  mövzusunda  doktorluq  dissertasiyası  müdafiə  etmişdir. 
1968-ci ildə sabiq SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor 
elmi  rütbəsi  verilmişdir.  O,  1967-1972-ci  illərdə  ADAU-nin  elmi  işlər  üzrə 
prorektoru, 1997-ci ilədək kafedra müdiri vəzifələrində işləmişdir. Alim 100-dən 
çox elmi əsərin müəllifidir. R. Rüstəmov 1975-ci ildə "İşində əla nailiyyətlərə görə" 
medalı ilə təltif olunmuş, 2003-cü  üdə "Vektor" Beynəlxalq Elm Mərkəzi Mükafat 
Komissivasının  qərarı  ilə  "Azərbaycanın  tanınmış  alimləri"  Beynəlxalq  layihəsinin 
qalibi olmuş və XXI əsrin tanınmış alimi" Beynəlxalq Diplomu ilə təltif edilmişdir. 
Onun  rəhbərliyi  ilə  hazırlanmış  və  «Ev  heyvanlarının  anatomiyası»  adlı  ilk  ali 
məktəb dərslikləri, çoxlu sayda metodiki vəsaitlər və s. hazırlanmışdır. R.Rüstəmov 
həm  yüksək  intellektual  səviyyəyə  və  erudisiyaya  malik  alim,  həm  də  qayğıkeş, 
həssas,  humanist,  hamı  tərəfindən  sevilən  bir  şəxsiyyət  kimi  bütün  elmi 
ictimaiyyətin  rəğbətini  qazanmış  pedaqoq  idi.    O,  elmi-pedaqoji  fəaliyyəti  ilə 
bərabər,  həm  də  mahir  tarzən  kimi  tanınırdı.  Onun  atası  məşhur  tarzən  Quzanlı 
Bəhrəm  milli  muğam  sənətinin  banilərindən  biri  Seyid  Şuşinskini  (Ağanı)  uzun 
müddət tarda müşayət etmişdir. 
Rüstəm müəllimin ən böyük xidmətlərindən biri onun uzun müddət rəhbərlik etdiyi 
anatomiya və fiziologiya kafedrasında öz yetirməsi professor Adil Ramazanovla birlikdə 
kənd təsərrüfatı heyvanlarının və quşların heç bir universitetdə analoqu olmayan, olduqca 
zəngin və nadir eksponatlara malik olan anatomiya muzeyini təşkil etməsidir. Rüstəmovlar 
ailəsi həm də təbabətə və baytarlıq təbabətinə irsən sadiq qalması ilə səciyyələnir. Alimin 
oğlu Etibar tibbi həkim, Daşqın və onun həyat yoldaşı Siyala xanım və qızı Rəna xanım 
baytarlıq  təbabəti  həkimidir.  Siyala  xanım  Rüstəmova  hazırda  Respublika  Baytarlıq 
Xidməti  İdarəsinin  rəisi  vəzifəsində  işləyir,  həmin  sahənin  tərəqqisi,  inkişafı  və  qlobal 
problemlərinin həlli üçün təqdirəlayiq, geniş  diapozonlu fəaliyyət növlərinə rəhbərlik edir. 
 
 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin