Fяxrяddиn mustafayev



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə59/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   284
Tomas Gent Morqan  
(1861– 1945) 
 
Müasir biologiya elminin banilərindən biri, dünya 
şöhrətli  məşhur  Amerika  bioloqu,  Nobel  Mükafatı 
Laureatı  Tomas  Gent  Morqan  1886-cı  ildə  Kentikk, 
1891-ci  ildə  isə  Baltimoredəki  Cons  Xorkins 
universitetini  bitirmişdir.  O,  irsiyyətin  xromosom 
nəzəriyyəsinin  əsasını  qoymuş,  ayrı-ayrı  əlamətlərin 
və 
onların 
kombinasiyasının 
növbələşməsinin 
öyrənilməsi    üçün      genetika  elminin  tarixində      ilk   
dəfə ən əlverişli bioloji model olaraq meyvə (drozofil) 
milçəyindən təcrübə obyekti kimi istifadə etmişdir. Bu üsula sonralar da genetik 
tədqiqatların  aparılmasında  çox  istinad  olunmuşdur.  T.C.Morqan  drozofıl 
milçəyi  üzərində  fundamental  elmi-tədqiqat  işləri  apararaq  (1910)  müəyyən 
etmişdir  ki,  irsiyyətin  maddi  əsasını  təşkil  edən  genlər  məhz  xromosomlarda 
yerləşir.  İrsi  əlamətlərin  nəsildən-nəsilə  keçməsində  xromosomların  rolunu  ilk 
dəfə  olaraq  T.Morqan  sübut  etmiş,  bununla  da  genetikanın  ikinci  mərhələsi 
başlanmışdır.  Alim  üç  şagirdi  (A.Stertevant,  K.  Bridces  və  Q.  Müller)  ilə 
birlikdə sübut etmişdir ki, irsiyyətin əlamətlərinin təminatçısı olan irsi amillər – 
genlər hüceyrə nüvəsinin xromosomlarında yerləşir və cəmləşir, irsi əlamətlərin 
nəsildən nəsilə ötürülməsi Q.Mendelin qanunları çərçivəsindən çıxaraq, ona tabe 
olmayaraq,  cinsiyyət  hüceyrələrinin  yetişməsi  və    mayalanma  zamanı 
xromosomların  taleyi  ilə  müəyyən  olunur.  Həmin  nəticələr  bir-birindən  asılı 


 
31 
olmayan  iki  üsulla-hibridoloji  və  sitoloji–  aparılan  eksperimental  təcrübələr 
nəticəsində  aşkar  edilmişdir.  Q.Morqan  və  şagirdləri  ilk  dəfə  olaraq  genetik 
xəritənin  tərtib  edilməsi  üsulunu  müəyyən  etmiş  və  cinsiyyətin  təyin  olunma-
sında  xromosom  mexanizmini  aşkar  etmişlər.  Genetika  elminin  sonrakı 
nailiyyətlərinin  hamısı  və  bu  elmin  inkişafı  məhz  Q.Morqanın  irsiyyətin 
xromosom nəzəriyyəsi ilə əlaqədar olmuş və təşəkkül tapmışdır. Alimin bu nəzə-
riyyəsi  sitologiya,  embriologiya,  biokimya,  təkamül  təlimi  və  biologiyanın  ən 
yeni  sahələri  olan  molekulyar  biologiya,  molekulyar  genetika,  genetika 
mühəndisliyi və biotexnologiyanın dinamik və sürətli inkişafı üçün müstəsna rol 
oynamışdır.  Ümumilikdə  Q.Morqanın  xromosom  nəzəriyyəsi  bütün  biologiya 
elimlərinin  dinamik  yüksələn  düz  xətlə  inkişafı  üçün  çox  mühüm  zəmin 
yaratmışdır. 
 
 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin