Videoekspress-informasiya reklamı-bu xüsusi növ videoreklamdır. Reklamverən təşkilatın haqqında operativ videosüjetləri özündə əks etdirməsidir (yeni xəttin işə salınması, iri həcmdə kommersiya sövdələşməsi, ilk partiya yeni malların buraxılması, yubiley bayramı və s.).
3.Sərgilər və yarmarkalar.
Sərgilər və yarmarkalar - başqa reklam vasitələri arasında özünəməxsus əhəmiyyətə malikdir. Bunun üstünlüyü malların və xidmətlərin geniş nümayiş etdirilməsi, istehlakçı arasında birbaşa əlaqələrin yaradılması, işgüzar münasi-bətlərin daha canlı ünsiyyətdə olması ilə xarakterizə edilir. Bunun faydalılığı həm də az zəhmət və xərc çəkməklə yüksək nəticələrin əldə edilməsilə fərqlənir.