Topdansatış yarmarkaları - Bu topdan malalanlar və topdan malsatanlar (topdanalıcılar və satıcılar) arasında müqavilələrin bağlanması məqsədilə keçirilən tədbirlərdir.
Təsərrüfat müstəqilliyinin artdığı və bazar iqtisadiyyatının inkişaf etdiyi bir şəraitdə, eləcə də istənilən məhsulların təchizatında belə yarmarkaların təşkilinə inkişaf etdirilməsinə çox böyük ehtiyac vardır.
Reklamverənlərin ixtisaslaşdırılmış sərgiləri sifarişçi-təşkilatın maliyyə hesabına təşkil olunur. Bunlar daimi və hərəkətetdirilə bilən ola bilər. Respublikamızın reklam təşkilatlarının təcrübəsində, daxili bazarın inkişaf etdirilməsi və iri partiyalarla malların alınması və satılması sahəsində sərgi-satışların çox böyük rolu olmuşdur.