2. Marketinqin qloballaşdırılması və beynəlxalq marketinqin xüsusiyyətləri.
Beynəlxalq marketinq – Müəssisənin, firmanın, şirkətin yerləşdiyi ölkədən kənarda, yəni həmin ölkənin hüdudlarından xaricdə əmtəələrin, məhsulların, xidmətlərin və ideyaların marketinqidir. İqtisadi ədəbiyyatlarda beynəlxalq marketinq, beynəlxalq biznesin fəlsəfəsi, həm də həmin biznesin kommersiya yaxud qeyri-kommersiya fəaliyyətinin həyata keçirilməsinin intellektual texnologiyası kimi də qiymətləndirilir.
Başqa sözlə bu anlayış müəssisələrin, firmaların, şirkətlərin, təşkilatların xarici ölkələrdə yayılan istehsal və qeyri-kommersiya, kommersiya sferalarında olan fəaliyyətlərini əhatə edir.
Marketinqin beynəlxalq aspektlərindən söhbət getdikdə qeyd edilməlidir ki, marketinqin ölkə və daxili və xarici ölkələrdəki əhatə mühitlərində müəyyən fərqlər və müxtəlifliklər mövcuddur. Amma, bunlar marketinqin texnikasına o qədər də ciddi təsirlər göstərmir. Çünki əhalinin davranış mativlərində və beynəlxalq kommersiya təcrübəsində eyniliklərin və uyğunluqların olmasına heç kəsdə şübhə yoxdur. Digər tərəfdən də marketinqin prinsiplərinin özüdə unversal tətbiq edilmə xüsusiyyətlərinə malikdir. Bütün bunlara baxmayaraq, xarici ölkələrdə ətraf mühitdə olan müxtəlif amillərin təsirinə də fikir vermək olmaz. Belə ki, marketinqin bəzi aspektləri daxili bazarlarda elə bir mürəkkəblik yaratmadığı halda, bunun xarici ticarətdə daha ciddi və yaxından öyrənilməsinə ehtiyac duyulur. Məsələn «barter sözdələşməsi» daxili bazarda elə bir problem yaratmadığı halda, xarici ticarətdə onun dəqiq öyrənilməsi tələb edilir. Eləcə də xarici ölkələrdə lisenziyalı ticarətin aparılması, müştərək müəssisələrin yaradılması yaxud da əmtəələrin satışı prosesində agentlərdən istifadə edilməsi və s. bu qəbildən olan problemlərin həlli işini xeyli çətinləşdirir.
Ümumiyyətlə, marketinqə aid olan çox saylı ədəbiyyatlarda tanışlıq göstərir ki, mütəxəssislər arasında «beynəlxalq marketinq anlayışını geniş yayılmasına baxmayaraq, hələlik onun ümumilikdə qəbul edilmiş yeganə bir tərifi yoxdur.
Bütün bunlara baxmayaraq, beynəlxalq marketinqin formal tərəfinə aşağıdakılar daha çox uyğun gəlir: a) Məhsulların öz ölkəsindən kənarda yəni xarici ölkələrdə reallaşdırılmasına: b) həmin ölkədə öz məhsullarını satmaq və ya onun ərazisində məhsulların istehsalının həyata keçirilməsinin təmin edilməsidir.
Beynəlxalq marketinqin əsas məqsədi – ayrı-ayrı ölkələrinin iqtisadi-sosial inkişafını, onların əhalisinin məşğulluq problemlərinin həllini və yaşayış tərzlərinin yüksəldilməsini beynəlxalq mübadilə yolu ilə balanslaşdırılmış qayda da təmin etməkdir. Başqa sözlə onun başlıca məqsədi xarici ölkə bazarına beynəlmiləlləşdirməkdir. Burada beynəlmilləşdirmə termini çox geniş və əhali planda nəzərdə tutulur. Yəni ona: a) məhsulların ixracı, istehsal texnologiyasının verilməsi, ticarətin və birbaşa sərmayə qoyuluşu vasitəsilə xarici əmtəə bazarlarının səmərəli və uzunmüddətli inkişafını və ölkənin müəssisələrində yüksək keyfiyyətli və rəqabət qabiliyyətli məhsulların istehsalını təşkil etməklə xarici ölkə bazarlarında ticarət əməliyyatlarının balanslaşdırılmasına təmin etmək kimi baxılır.
Dostları ilə paylaş: |